Icma.az
close
up
RU
Çinlə əlaqələr yeni mərhələyə qədəm qoyur Qafarov

Çinlə əlaqələr yeni mərhələyə qədəm qoyur Qafarov

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Azərbaycan-Çin əməkdaşlıq əlaqələri genişlənərək getdikcə daha çox strateji sahələri əhatə etməklə, istər qlobal sülh və sabitliyin qorunması baxımından, istərsə də Şərq-Qərb iqtisadi-ticari əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

“Bu əlaqələrin inkişafı, ilk növbədə, ölkələrimizin və xalqlarımızın milli maraqlarının təmin olunmasına hesablanıb. Bütün bu və bir çox digər önəmli məqamlar Prezident İlham Əliyevin aprelin 25-də Çinin CGTN telekanalında yayımlanmış müsahibəsində öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, möhtərəm dövlət başçımızın cari ilin aprel ayının 23-24-də Çin Xalq Respublikasına etdiyi rəsmi dövlət səfəri çərçivəsində ölkələrimiz arasında münasibətləri daha yüksək səviyyəyə qaldıran və bir çox sahəni əhatə edən 20-dən artıq sənəd imzalandı. Bu sənədlər arasında ən önəmlisi cənab Prezident İlham Əliyev ilə Sədr Si Szinpinin imzaladıqları “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”dır. Bu sənəddə bir daha təsdiq olunur ki, ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir və ən əsası, bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirlər. Öz müsahibəsində bu məqama xüsusi toxunan Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyir. İmzalanmış Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çoxsaylı məsələləri əhatə edir. Beləliklə, sözügedən sənəd mahiyyət etibarı ilə son dərəcə əhəmiyyətlidir. Təsadüfi deyil ki, cənab Prezident Azərbaycanın bir çox ölkələrlə, o cümlədən bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzaladığını, lakin məhz Çin ilə imzalanmış Bəyanatın onların hamısından daha güclü olduğunu qeyd etdi”, - deputat bildirib.

K.Qafarov cənab Prezident İlham Əliyevin Azərbaycanla Şanxay Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin perspektivləri barədə səsləndirdiyi fikirlərin önəmini vurğulayaraq deyib:

“Cənab Prezident öz müsahibəsində son dərəcə mühüm məsələyə də münasibət bildirərək, ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin daha da gücləndirilməsində maraqlı olduğunu qeyd etdi. Sədr Si Szinpin tərəfindən ŞƏT-in Zirvə toplantısına dəvət edildiyini və bir neçə aydan sonra yenidən Çinə səfər edəcəyini bildirən dövlət başçısı bu təşkilatla daha yaxın münasibətlərin bütün tərəflər üçün faydalı olacağını düşündüyünü diqqətə çatdırdı. Azərbaycan Xəzərin qərb sahilində yerləşən və eyni zamanda da güclü siyasi münasibətlərə və nəqliyyat layihələrinə malik Cənubi Qafqaz ölkəsidir. Artıq bu faktın özü istənilən bir ölkənin və ya beynəlxalq təşkilatın Azərbaycanla əməkdaşlıq əlaqələri qurmaqda maraqlı olmasını şərtləndirir. Digər tərəfdən, Azərbaycan Çinlə strateji tərəfdaşdır və bu, ölkəmiz üçün Şanxay Əməkdaşlıq Təşkilatının çətiri altında da əməkdaşlığı inkişaf etdirmək baxımından əlavə imkanlar açır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://axar.az
archiveBu xəbər 04 May 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri