Icma.az
close
up
RU
Deputat: COP29la əlaqədar antiAzərbaycan kampaniyasının arxasında erməni lobbisinə bağlı adamlar və təşkilatlar dayandığını görürük

Deputat: COP29la əlaqədar antiAzərbaycan kampaniyasının arxasında erməni lobbisinə bağlı adamlar və təşkilatlar dayandığını görürük

Apa.az saytına istinadən Icma.az xəbər verir.

2023-cü il dekabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) Azərbaycanda keçirilməsi qərarı verildiyi gündən ölkəmizə qarşı antitəbliğat kəskin hal aldı.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Müşfiq Cəfərov deyib ki, Azərbaycanın əleyhinə hibrid təhdidlərdən istifadə edilməyə başladı: “Ölkəmizə qarşı istifadə edilən əsas hibrid təhdid növü dezinformasiya və onunla əlaqədar aparılan qarayaxma kampaniyalarıdır. COP tədbiri günlərində saxta profillər #COP29 həştəqi altında eyni anda eyni məzmunlu avtomatlaşdırılmış məlumatlar yerləşdirərək manipulyasiya həyata keçirirdi. Təbii ki, onların bu fəaliyyətinin qarşısı qətiyyətlə alınırdı. Azərbaycan Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası öz səlahiyyətləri çərçivəsində araşdırmaları zamanı COP29 ərəfəsində bir sıra QHT-lərin koalisiyalar və ya kiçik qruplar halında Azərbaycanı hədəf alan kampaniyalar həyata keçirdiyini və təşəbbüslər irəli sürdüyünü, qərəzli və birtərəfli hesabatlar hazırladığını müəyyən edib. Belə təşkilatlardan biri və ən məşhuru olan “Human Rights Watch”dur. Bu təşkilat hər zaman maliyyə mənbələrini gizli saxlayır. Onun saytında 2023-cü ilin oktyabr ayından bu günədək Azərbaycan əleyhinə 65 yazı dərc edildiyi məlum olub. Təşkilatın erməni əsilli Ruben Vardanyanın Avroradakı şirkəti ilə əlaqəsi də müəyyənləşdirilib. "Rasmussen Global" və "Ermənistanın dostları şəbəkəsi" təşkilatları COP29-la bağlı Azərbaycana qarşı kampaniyada aktiv iştirak edənlərdəndir. 2023-cü ilin martından “Rasmussen Global” Avropa İttifaqından bir sıra sabiq vəzifəliləri "Ermənistanın dostları şəbəkəsi"nə cəlb edərək Ermənistan hökumətinə lobbiçilik xidməti göstərir”.

Deputat qeyd edib ki, araşdırma nəticəsində bəlli olub ki, David Vardanyan Ruben Vardanyanın oğlu və Nubar Afeyan kimi iş adamları Azərbaycana qarşı kampaniyada maliyyə resurslarından və şəxsi əlaqələrindən maksimum istifadə edərək hibrid hücumlar təşkil ediblər: “Vardanyan və Afeyan cütlüyünün antiAzərbaycan kampaniyasındakı taktikasını tanınmış PR şirkətlərini, Hollivud ulduzlarını, Amerikanın zəngin iş adamlarını və nüfuzlu ailələrini, habelə dövlət rəsmilərini müəyyən layihələrə cəlb etmək üzərində qurduğu da məlum oldu. Araşdırmalardan və əldə edilən materiallardan bir daha anti-Azərbaycan kampaniyasının arxasında erməni lobbisinə bağlı adamlar və təşkilatlar dayandığını görürük”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://apa.az
archiveBu xəbər 21 Dekabr 2024 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see261

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see146

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see138

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri