Deputat: Daxili Qoşunların hərbçilərinə vəsait ayrılsın ki, istədikləri yerdən mənzil ala bilsinlər
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
"Azərbaycan Ordusunun hərbi qulluqçularına hərbi xidməti başa vurduqdan sonra mənzillər verilir. Daxili Qoşunlarda xidmət edənlərə bu imtiyazlar verilmir".
Oxu.Az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
Deputat sözlərinə görə, onlara müəyyən vəsait də ayrıla bilər ki, istədikləri yerdən mənzil ala bilsinlər:
"Hazırda ordu üçün evlər tikilir. Bəlkə həmin hərbçi orada yox, valideynlərinə yaxın ərazidə yaşamaq istəyir. Yaxşı olardı ki, bu məsələ Daxili Qoşunların zabitləri və müddətdən artıq hərbi xidmət edənlər üçün də nəzərdə tutulsun".
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 09 Sentyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















