Icma.az
close
up
RU
Deputat Elnarə Akimova: Azərbaycanda repetitorluğun əsas səbəblərindən biri imtahan yönümlü təhsil sistemidir

Deputat Elnarə Akimova: Azərbaycanda repetitorluğun əsas səbəblərindən biri imtahan yönümlü təhsil sistemidir

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin komitə iclasında məktəblərdə yeni könüllü model tətbiq ediləcəyini bildirib. Nazir yeni modelin könüllü olcağını və yalnız sertifikasiyada yüksək bal toplamış müəllimlərin iştirak edəcəyini söyləyib. Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin komitə iclasında məktəblərdə yeni könüllü model tətbiq ediləcəyini bildirib. Nazir yeni modelin könüllü olcağını və yalnız sertifikasiyada yüksək bal toplamış müəllimlərin iştirak edəcəyini söyləyib: “Belə müəllimlərin dərs yükü həftədə 18-24 saat təşkil edəcək. Qalan vaxtlarını isə onlar metodik hazırlıq, şagirdlərlə fərdi iş, layihələrdə iştirak kimi fəaliyyətlərə sərf edəcəklər. Kim istəmirsə, əvvəlki kimi saat hesabı ilə işləməyə davam edə bilər”.Müəllimlərin iş saatına görə maaş alması təhsilin keyfiyyətinə necə təsir edə bilər?Modelin könüllü olması gələcəkdə məcburi hala gətirilə bilərmi?Repetitorluğun qarşısını almaq məqsədilə bu model effektiv olacaqmı?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, struktur düzgün qurulmasa, risklər də mövcuddur: “Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin komitəsində bildirib ki, yüksək bal toplamış müəllimlər üçün yeni, könüllü model tətbiq ediləcək. Bu modeldə müəllimlərin dərs yükü həftədə 18-24 saat olacaq, qalan vaxtları metodik hazırlıq, şagirdlərlə fərdi iş və layihələrə sərf ediləcək. İstəməyənlər əvvəlki kimi saat hesabı ilə işləməyə davam edə biləcəklər.

Bu modelin tətbiqi bir neçə istiqamətdən təhlil oluna bilər. Əgər müəllimlərin dərs yükü azaldılaraq əlavə vaxt peşəkar inkişaf və şagirdlərlə fərdi işləməyə ayrılırsa, bu, tədris keyfiyyətinə müsbət təsir göstərə bilər. Sertifikasiyada yüksək bal toplamış müəllimlər üçün xüsusi model təqdim edilməsi həm peşəkar nüfuzu gücləndirə, həm də bu peşəyə marağı artıraraq keyfiyyətli kadrların sistemdə qalmasına kömək edə bilər. Lakin struktur düzgün qurulmasa, risklər də mövcuddur. Dərs saatına əsaslanan maaş sistemində müəllimlərin motivasiyası “saat doldurmaq” üzərində cəmlənə bilər. Əgər yeni modeldə əlavə fəaliyyətlər üçün real maliyyə stimulu yoxdursa, müəllimlər bu fəaliyyətləri formal olaraq yerinə yetirə bilər. Həmçinin müəllimlər arasında sertifikasiyaya görə bölünmə bərabərsizlik hissi yarada bilər”.

Elnarə Akimova

Elnarə Akimova qeyd edib ki, zəruri dəstək tədbirləri olmadan həyata keçirilərsə, müəllimlər arasında narazılıq artar: “Modelin könüllü olması indiki mərhələdə müsbət qarşılansa da, gələcəkdə məcburi xarakter alması ehtimalı da mövcuddur. Əgər sistem uğurlu hesab olunarsa, növbəti illərdə digər müəllimlərin də bu modelə keçməsi tələb oluna bilər. Bu, həm “peşəkar standartlaşdırma”, həm də təhsil islahatlarının dərinləşdirilməsi kimi əsaslandırıla bilər. Lakin bu keçid zəruri dəstək tədbirləri olmadan həyata keçirilərsə, müəllimlər arasında narazılıq artar”.

Deputat vurğulayıb ki, yeni modeldə imtahan və qiymətləndirmə sistemi də dəyişdirilməlidir: “Repetitorluğun qarşısını almaq baxımından da model müəyyən effektivlik göstərə bilər. Məktəblərdə keyfiyyətli dərs prosesi təşkil olunarsa və müəllimlər şagirdlərlə fərdi işləməyə daha çox vaxt ayırarsa, repetitorluğa olan ehtiyac bir qədər azalacaq. Lakin bu, yalnız müəllim modeli ilə məhdudlaşmamalı, imtahan və qiymətləndirmə sistemi də dəyişdirilməlidir. Azərbaycanda repetitorluğun əsas səbəblərindən biri imtahan yönümlü təhsil sistemidir. Əgər məktəb nəticələri qəbul imtahanları ilə sinxronlaşdırılmazsa, valideynlər yenə də repetitorlara üstünlük verə bilərlər.

Yeni model müəllim peşəsinin nüfuzunu artırmaq, təhsil keyfiyyətini yüksəltmək və repetitorluğun qarşısını almaq üçün potensiala malikdir. Lakin bu potensialın reallaşması sistemli yanaşma və düzgün icra tələb edir. Modelin uğuru onun necə tətbiq olunacağından, müəllimlərə necə dəstək veriləcəyindən və bütövlükdə təhsil sistemindəki digər islahatlarla necə uyğunlaşdırılacağından asılı olacaq”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Noyabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see221

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see213

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see211

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see204

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see152

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see141

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see132

“Prob qoyublar da, tutsa, seksiyaları artıracaqlar” Foto

04 Yanvar 2026 11:57see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri