Icma.az
close
up
RU
Deputat: Ermənistanın süni əngəlləri bir kənara qoyub sülhə doğru addımlaması yeganə nicat yoludur

Deputat: Ermənistanın süni əngəlləri bir kənara qoyub sülhə doğru addımlaması yeganə nicat yoludur

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Azərbaycan və Ermənistan arasında Bakının təşəbbüsləri ilə başlamış sülh prosesinin sərhədlərin delimitasiya və demarkasiyasında əldə olunan ilkin uğurlar, o cümlədən sülh müqaviləsinin şərtlərinin razılaşdırılması fonunda özünün məntiqi və uğurlu sonluğuna yaxınlaşması üçün tarixi şans yaranıb".

Bu sözləri Oxu.Az-a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Azərbaycan tərəfi haqlı olaraq sülh müqaviləsinin dayanıqlı olması üçün onun hüquqa uyğunluğun təmin edilməsini, yəni mövcud müqavilənin şərtləri ilə ziddiyyət təşkil edən konstitusiya və digər qanunvericilik müddəalarının aradan qaldırılmasının tərəfdarıdır:

"Eyni zamanda, rəsmi Bakı hesab edir ki, Ermənistan Azərbaycanın hərbi-siyasi qələbələri ilə yaranmış və beynəlxalq hüququn aliliyində ehtiva olunan mövcud status-kvonu tanımalı, münaqişənin başa çatması reallığı ilə barışmalıdır. Bunun üçün isə şifahi bəyanatların heç bir önəmi yoxdur və Ermənistan bir zamanlar münaqişənin tənzimlənməsi məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun buraxılmasına dair konkret mövqe ifadə etməklə cari status-kvonu qəbul etdiyini göstərə bilər.

Onsuz da, sirr deyil ki, ATƏT-in Minsk qrupu heç bir funksionallığa malik olmayan ölü bir institutdur. Üstəlik, bu struktur fəaliyyəti dövründə nəinki hər hansı irəliləyişə nail olmaq, əksinə, işğal və təcavüzdə ehtiva olunan münaqişənin davamlılığında maraqlı tərəf kimi çıxış etmiş, sülh prosesini inhisara almaqla real səmərə verə biləcək amil və addımları nizamlama prosesindən kənar saxlamışdı. Bu mənada, yarandığı gündən heç bir formada etimad təlqin etməyən bir strukturun beş il öncə mandatının əsasında dayanan problemin həlli fonunda formal olaraq "mövcudiyyətini qorumağa çalışması" Ermənistana heç nə vəd edə bilməz".

Deputat vurğulayıb ki, Ermənistan dövləti özünün təcavüzkar mahiyyətli milli ideoloji hədəflərindən imtina etməsə və erməni cəmiyyəti revanşist əhvaldan geri çəkilməsə də, gedişat göstərir ki, qərb qonşumuz artıq Azərbaycanın geri dönüşü olmayan bir geosiyasi konfiqurasiya yaratdığının, Ermənistanın sülhə əngəl kimi çıxış etdikcə dalan və qeyri-suveren dövlət statusunun dərinləşdiyinin fərqindədir:

"Üstəlik, davamlı şəkildə Ermənistanı münaqişənin həllindən yayındıran qüvvələrin heç birinin regionda nə Azərbaycan qarşısında şansı var, nə də Ermənistana hər hansı fayda vəd edə bilər. Bu mənada, ötən dövr ərzində əldə olunan müsbət meyillərə əsaslanaraq Ermənistanın süni əngəlləri və kənar müdaxilələri bir kənara qoyub sülhə doğru addımlaması bu ölkə üçün yeganə nicat yoludur. Qısa müddət öncə Əbu-Dabidə də ifadə olunan iradəyə əsaslanaraq demək olar ki, Ermənistan kənar təsirlərdən azad düşünəcək qətiyyət tapa bilsə, sülh müqaviləsinin imzalanması tam realdır və bu mənada, bölgəyə artıq daha praqmatik baxışa malik olan və Demokratlar iqtidarından fərqli olaraq, regionda maraqlarını münaqişədə yox, sülh və sabitlik şəraitində əməkdaşlıqda görən Tramp administrasiyasının cəhdləri dayanıqlı sülh üçün yaxşı şansa çevrilə bilər.

Ermənistan üzərində digər dövlətlərin də təsir imkanlarını, o cümlədən bu ölkə daxilində qeyri-stabil durumu nəzərə alaraq proqnozlaşdırmaq, təbii ki, asan deyil, lakin ümid etmək olar ki, Vaşinqton görüşü reallaşacağı təqdirdə sülh istiqamətində ciddi və hətta həlledici addımlara nail olmaq mümkündür".

Aygün Mirakif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Avqust 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri