Deputat: “Əsrlərlə davam edən iki xalq arasındakı münaqişə bir və ya iki görüşlə yekunlaşdırıla bilməz”
Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.
“Cənab prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən görüş bütün Qafqaz üçün müəyyən əhəmiyyət kəsb edib. İki ölkə lideri arasında 5 saat davam edən görüşdə Qafqaz ərazisində yeni münasibətlərin təsdiqlənməsi prosesi getdiyini əminliklə söyləmək olar. Doğrudur,bu görüşdə ümid edilən irəliləyişlər elan edilmədi. Lakin hər iki lider “iki ölkə arasında ikitərəfli danışıqları və etimadın möhkəmləndirilməsi tədbirlərini davam etdirmək barədə razılığa gəldilər”. Paşinyan və İlham Əliyevin sonuncu görüşü may ayında Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində olmuşdu. Düşünürəmki, hər görüşün öz əhəmiyyəti var”.
Pravda.az-ın xəbərinə görə, bunu deputat Müşfiq Cəfərov bildirib.
M.Cəfərov qeyd edib ki, əsrlərlə davam edən iki xalq arasındakı münaqişə bir və ya iki görüşlə yekunlaşdırıla bilməz: “Çünki həm də Cənubi Qafqazın bu iki ölkəsi arasındakı münasibət bütövlükdə beynəlxalq arenada bir çox dövlətin maraqlarının toqquşduğu nöqtədir. Əbu-Dabidə Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi müzakirələr aparılıb. Bu təmasların və danışıqların istər müxtəlif işçi qrupları səviyyəsində, istərsədə daha yüksək səviyyələrdə davam etdirilməsi barədə ümumi razılıq əldə edilib. Əbu Dabi görüşündə iki ölkə arasında davam edən sülh prosesində əsas maneələrdən biri olan Ermənistan və Azərbaycan arasında regional tranzit əlaqələrinin açılmasının zəruriliyi bir daha vurğulanıb. Xüsusilə“Zəngəzur dəhlizi”, Azərbaycan ilə Naxçıvan eksklavı arasında tranzit əlaqənın yaradılmasının mümkünlüyü də görüşün əsas gündəliyi idi. Ermənistan dörd il ərzində qeyri-konstruktiv yanaşmalarla və bəhanələr gətirməklə və beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd etməklə “Zəngəzur dəhlizi”ndə irəliləyişi dayandırmaqla məşğul idi. Sülh sazişi Cənubi Qafqazı, neft və qaz kəmərləri ilə kəsişən, lakin qapalı sərhədlər və uzun müddətdir davam edən etnik münaqişələrlə sabitliyi pozulan, enerji istehsal edən regionu tamamilə dəyişdirəcəkdir. Zəngəzur dəhlizi Azərbaycan üçün ona görə həyati əhəmiyyət kəsb edir ki, birincisi, Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru əlaqə qurulacaqdır. Hazırda Azərbaycanla Naxçıvan arasında əsas yük daşımaları İran üzərindən keçir ki, bu da həm xərcləri artırır, həm də siyasi risklər yaradır. Digər tərəfdən isə dəhliz Azərbaycanı Orta Dəhliz xətti ilə Türkiyə, Mərkəzi Asiya və Avropa bazarlarına bağlayır. Beləliklə bu dəhliz ölkəmizin həm iqtisadi həm də milli maraqlarına xidmət edərək, regional əməkdaşlığa yol açacaqdır”.


