Icma.az
close
up
RU
Deputat ətin baha olmasından danışdı Səbəb bu imiş

Deputat ətin baha olmasından danışdı Səbəb bu imiş

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

“Artıq mağaza və bazarlarda Braziliya, Qazaxıstan, Monqolustan, Belarus, Ukrayna və hətta bəzi Avropa ölkələrindən gətirilən ət növləri üstünlük təşkil edir. Rəsmi statistikaya görə, ötən il Azərbaycana idxal olunan ətin həcmi 41 faiz artıb. Azərbaycanın mal əti ilə özünü təminatı 91-92 faiz, xırdabuynuzlularda isə 97-98 faiz həcmindədir. Lakin ötən il ət 20 faiz civarında bahalaşıb. Bahalaşmanın daha da çox olmaması üçün isə idxal da vacibdir”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Müşfiq Cəfərov deyib. 

O bildirib ki, Azərbaycanda yerli ətin qiymətinin bahalaşması heyvandarlığın azalması ilə əlaqəlidir:
“Heyvandarlığın azalmasının isə əsas səbəbləri kənd yerlərində örüş sahələrinin azalması, yem qiymətlərinin bahalaşması, baytarlıq xidmətində kəndliyə yardımın göstərilməməsi, eləcə də məhsul satışında olan əngəllərdir. Nəticədə bu sahəyə olan maraq azalır. 
Digər səbəblərdən də su qıtlığının olmasıdır. Vətəndaşlar bildirir ki, “4 hektar yonca sahəsini yalnız 1 dəfə biçmişəm, su yoxdur deyə, yem də yoxdur. Qış üçün yığdığım yemin bir hissəsini artıq heyvanlarıma yedizdirmişəm. Təbii ki, belə ziyanla işləyən kəndli bir də mal-qaranı saxlamaz”.
Deputat qeyd edib ki, ətin qiymətinin artması digər xidmət sahələrində də bahalaşmaya səbəb olur:
“Burada bir sıra təxirəsalınmaz işlərin görülməsi vacibdir. Xüsusən də ət tələbatını ödəmək üçün cins heyvanlar yetişdirilməlidir. Ən başlıca problem isə yem bazasının zəifliyidir. Azərbaycanda ət o zaman bol olacaq ki, ot istehsalı kifayət qədər çox olsun. Ot yoxdursa, ət də olmayacaq. Ölkədə ətin qiymətinin artması onu göstərir ki, istehsal azalır, çünki yem istehsalı tələbatdan xeyli azdır.
Bütün bunlar ümumi istehsala mənfi təsir göstərir. Təsəvvür edin, iri buynuzlu heyvanlarda gündəlik artım cəmi 400 qramdır. Buna görə də ətin maya dəyəri baha başa gəlir. Çünki yem də bahadır”.
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Noyabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri