Icma.az
close
up
RU
Deputat evlənənlərin sayının artmasından danışdı

Deputat evlənənlərin sayının artmasından danışdı

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

"Son illər ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti öz müsbət nəticələrini göstərməkdədir". 

Bu sözləri Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalı "Cebheinfo.az"-a açıqlamasında deyib. 

O bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar–iyul aylarında boşanmaların sayı azalır, nikahların  artım dinamikası müşahidə olunur:

"Bu fakt bir daha təsdiqləyir ki, ailə dəyərlərinin qorunması, gənclərin sağlam ailə münasibətləri əsasında tərbiyə olunması və dövlətin bu sahəyə göstərdiyi xüsusi diqqət real nəticələr verməkdədir.

Dövlətimiz hər zaman ailəni cəmiyyətin əsas təməli kimi qəbul edib. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu ailə dəyərlərinə hörmət ənənəsi bu gün cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə yeni mərhələdə inkişaf etdirilir.

Ölkəmizdə qadınların, uşaqların və gənclərin sosial rifahının yaxşılaşdırılması, ailə institutunun dəstəklənməsi, ailədaxili münasibətlərdə maarifləndirmə işlərinin aparılması boşanmaların sayının azalmasında mühüm rol oynayır".

Millət vəkili qeyd edib ki, boşanma prosesi ailə institunun zəifləməsinə səbəb olan əsas faktorlardan biridir:

"Bu qlobal xarakterli problemdir və geniş spektrdə cəmiyyətin sosial dayanıqlılığına mənfi təsir göstərir. Bu gün dünyanın aparıcı ölkələrinin statistik rəqəmlərinə nəzər salsaq görərik ki, mövcud situasiya narahatverici həddədir. Lakin ölkəmizdə aparılan məqsədyönlü və planlı tədbirlər qlobal xarakterli problemi müsbət dinamika ilə əvəzlənib".

Millət vəkili vurğulayıb ki, evlənənlərin sayının artması sevindirici haldır:

"Hər kəs ailə bağlarını qorumağa, milli-mənəvi dəyərləri nəsildən-nəslə ötürməyə və gənclərimizi sağlam mühitdə böyütməyə səy göstərməlidir. Sevindirici hal ondadır ki, ölkəmizdə bu istiqamətdə müsbət dəyişikliklər artıq statistik rəqəmlərdə də özünü göstərir". 

Elmir Mustafa
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Sentyabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri