Icma.az
close
up
RU
Deputat: Fransa Reyunyondakı yerli mədəniyyəti və adət ənənələri sistematik şəkildə sıxışdırıb

Deputat: Fransa Reyunyondakı yerli mədəniyyəti və adət ənənələri sistematik şəkildə sıxışdırıb

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Fransanın dənizaşırı ərazilərdəki siyasətini müzakirə edərkən, bu bölgələrin xüsusilə müstəmləkə, iqtisadi asılılıq və sosial bərabərsizliyə görə üzləşdiyi vəziyyəti bilmək çox vacibdir".

Oxu.Az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda keçirilən beynəlxalq konfransda Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib

Onun sözlərinə görə, 1848-ci ildə köləliyin ləğvindən sonra fransızlar müstəmləkə siyasətini davam etdirib:

"Bu istismar adalarda uzun illər davam edən sosial və iqtisadi bərabərsizliyin əsasını qoyub. 1946-cı ildə ada Fransanın xarici departamentinə çevrildikdən sonra belə bərabərsizlik aradan qalxmadı, əvəzinə daha da dərinləşdi. 20-ci əsrin ortalarında imperialist ölkələrdən müstəqillik qazanan bir çox Afrika xalqları kimi, Reyunyonun da müstəmləkədən xarici departamentə keçidi vəd edilmiş bərabərliyi yenə də gətirmədi".

"Reyunyondakı müstəmləkə idarəçiliyi təkcə istismar xarakteri daşımır, həm də yerli əhalinin ləyaqətinə və muxtariyyətinə etinasızlıq ilə xarakterizə olunur. Fransız hakimiyyət orqanları yerli mədəniyyəti və adət-ənənələri sistematik şəkildə sıxışdırıb, fransız dilini və təhsil sistemini tətbiq etməklə yanaşı, adanın ana dili - kreol dilinin də istifadəsinə mane olur.

Əhalinin əksəriyyəti yüksək işsizlik, yoxsulluq və imkanların olmaması ilə mübarizə aparmaqda davam edir. Adada gənclərin 60%-i işsizdir. Bu, sadəcə olaraq iqtisadi problem deyil, kökü adanın müstəmləkə keçmişinə dayanan sosial problemdir. Lakin bu çətinliklərə baxmayaraq, Reyunyon əhalisi müqavimət göstərməkdə davam edir", - deyə deputat vurğulayıb.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Yanvar 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri