Icma.az
close
up
RU
Deputat hökumət üzvlərinə suallar ünvanladı

Deputat hökumət üzvlərinə suallar ünvanladı

Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.

Deputat Məlahət İbrahimqızı parlamentin bu gün keçirilən plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı çıxış edərək büdcə sənədi və ölkədə aparılan sosial-islasahat istiqamətlərinə dair fikirlərini bölüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat əvvəlcə büdcə layihəsinin yüksək səviyyədə hazırlanmasına görə hökumət üzvlərinə təşəkkür edib və sənədə səs verəcəyini bildirib:

“Yüksək səviyyədə hazırlanmış 2026-cı ilin dövlət büdcəsi layihəsinə və ətraflı təqdimatlara görə hökumət üzvlərinə təşəkkür edirəm və sözsüz ki, dövlət büdcəsinə səs verəcəyəm”, – deyə o qeyd edib.

Deputat çıxışında səhiyyə sistemində görülən islahatlardan da danışıb:

“İcbari tibbi sığorta sisteminin tətbiqi, TƏBİB-in yaradılması, Səhiyyə Nazirliyində aparılan islahatlar seçicilər tərəfindən yüksək qiymətləndirilir və əmindirlər ki, görüləsi işlər yaxın vaxtlarda daha da təkmilləşəcək”, – deyə o vurğulayıb.

Məlahət İbrahimqızı daha sonra ölkədə boşanmaların artması ilə bağlı narahatedici vəziyyəti gündəmə gətirib. Onun sözlərinə görə, rəsmi statistikaya əsasən boşanan ailələrin sayı nikaha daxil olanların təxminən 50 faizinə çatır və bu dinamika son illərdə xüsusilə artıb.

“Artan boşanmalar gələcəkdə demoqrafik təhlükəsizlik, aliment fondu, uşaqların psixoloji sağlamlığı kimi sahələrdə ciddi risklər yarada bilər. Bu, yeni sosial proqramların hazırlanmasını zəruri edəcək”, – deyə deputat bildirib.

O əlavə edib ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində, o cümlədən Türkiyədə ailə məhkəmələri fəaliyyət göstərir və burada hakimlərlə yanaşı, psixoloq, sosial işçi, pedaqoq və digər mütəxəssislər xidmət göstərirlər. Deputat bu modelin Azərbaycanda da tətbiqinin vacibliyini vurğulayıb.

İbrahimqızı hökumət üzvlərinə bir neçə sual ünvanlayıb:

Boşanmaların sürətlə artmasının qarşısını almaq üçün yeni proqram və strategiyalar hazırlanırmı?

Artma səbəbləri akademik səviyyədə araşdırılırmı?

Yaxın gələcəkdə ölkədə ailə məhkəmələrinin yaradılması gözlənilirmi?

Deputat həmçinin parlamentin gələcək iclaslarında bu mövzuda ictimai dinləmələrin keçirilməsini təklif edib.

Afət Ziyadqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 20 Noyabr 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri