Deputat: Məişət zorakılığından qadınlardan çox kişilər əziyyət çəkir Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az bildirir, Baku.ws portalına istinadən.
"Qadınlar daha çox fiziki zorakılığa məruz qalırlar, məişət zorakılığına yox. Çünki bir çox hallarda qadınlarımız özləri ailədə həyat yoldaşlarına, uşaqlarına qarşı dözülməz vəziyyət yaradırlar".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Onun sözlərinə görə bir çox hallarda insanlar büdcəni nəzərə almadan ailə qururlar, sonradan müəyyən maliyyə problemləri yaranır və bu da ailədə əlavə gərginliklərə yol açır:
"Yəni sosial vəziyyət də məişət zorakılığını doğuran səbəblərdən biridir. Qadınlar da adətən belə hallarda hüquq-mühafizə orqanlarına müraciət etməsələr də, valideynlərinə xəbər verir, valideynləri də müvafiq tədbir görür, hüquq-mühafizə orqanlarına müraciət edirlər. Kişilər isə mental məsələlərə görə bunu səsləndirmir və daha çox əziyyət çəkirlər. Ona görə də təklif edirəm ki, bu kimi hallarda psixoloqların iştirakından geniş istifadə qanunvericilikdə nəzərdə tutulsun".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 07 Noyabr 2024 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















