Deputat: Meteoroloji dopler radarı erkən xəbərdarlıqların hazırlanması üçün olduqca vacibdir
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Quba, 1 fevral, Elxan Yusifli, AZƏRTAC
Bu gün Quba rayonunun II Nügədi kəndində Erkən Xəbərdarlıq Sisteminin vacib elementi olan meteoroloji dopler radara baxış keçirdik. Bu, Azərbaycanda quraşdırılan 3-cü belə dopler hava radarıdır. Bundan əvvəl Göygöl və Şamaxıda quraşdırlmışdı. Belə qurğular olduqca böyük əhəmiyyətə malikdir. Çünki bu qurğu vasitəsilə atmosfer proseslərini izləmək mümkündür. Prosesin izlənməsi təbii fəlakətlərin qarşısını almağa imkan verməsə də, erkən xəbərdarlıqların hazırlanması üçün olduqca vacibdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə Qubada meteoroloji dopler radara baxış zamanı məlumat verib. O bildirib ki, dopler radar vasitəsilə çaylarda baş verə biləcək sel və daşqınlar barədə erkən xəbərdarlıqlar tərtib ediləcək.
“Dolu-leysan hadisələri zamanı hazırlıqsız sakinlər, təsərrüfatlar ciddi ziyan görür. Bu dopler radar vasitəsilə 100-150 km radiusda gözlənilən dolu-leysan prosesləri ilə bağlı əvvəlcədən məlumat almaq mümkün olacaq. Bu da təbi fəlakət zamanı fəsadların qarşısını almaq üçün bəzi hazrlıqlar görməyə imkan verəcək. Bu cür qurğular ölkəmizdə daha çox olmalıdır", - deyə deputat əlavə edib.
Qubada quraşdırlan meteoroloji radar sisteminin idarə olunması fasiləsiz olaraq avtomatlaşdırılmış rejimdə həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 01 Fevral 2025 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















