Deputat: Müəllimin hədəf alınması onun tədris prosesindəki fəaliyyətinə mənfi təsir göstərir
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"Bizim cəmiyyət müəllimə çox yüklənib".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin Elm və təhsil komitəsində müzakirəyə çıxarılan "Təhsil haqqında" və "Məktəbəqədər təhsil haqqında" qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
"Rayonların birində müəllimə üzük bağışlanması məsələsi gündəmə gəldi. Düzdür, müəllim nümunəvi olmalıdır. Ancaq biz müəllimin nüfuzunu qorumalıyıq. Neqativlərin olmasını istəmirik, amma neqativlər tək məktəblərdədirmi? Davamlı olaraq bununla bağlı müzakirələrin aparılması müəllim obrazı ilə bağlı mənfi nəticələrə gətirib çıxarır. Müəllim rüşvət ala bilməz, amma davamlı olaraq müəllimin hədəf alınması onun tədris prosesindəki fəaliyyətinə mənfi təsir göstərir. Ona görə çağırış edirəm ki, bu kimi məsələlərdə dəqiqləşdirmə aparmalıyıq. Son hadisələr bir daha onu göstərdi ki, bəzi təşəbbüslər valideynlər tərəfindən irəli sürülür. Valideynlər də bundan uzaq olmalıdır".
Mərahim Nəsib
Baxış sayı:95
Bu xəbər 11 İyun 2025 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















