Icma.az
close
up
RU
Deputat niyə seçildiyi rayonda yaşamır? Parlamentarlardan REAKSİYA

Deputat niyə seçildiyi rayonda yaşamır? Parlamentarlardan REAKSİYA

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclisin deputatları paytaxt Bakıda yaşayırlar. Lakin bir çox seçicilər düşünürlər ki, onların səs verdiyi  deputatlar öz rayonlarında yaşamalıdırlar. Bunun seçicilərlə ünsiyyətin sıx olması baxımından əhəmiyyətli olduğu düşünülür.

Eyni zamanda dünyanın bir sıra ölkələrdə belə nümunələr var.

Bəs bizim deputatlar niyə seçildikləri rayonlarda deyil, Bakıda yaşamağa üstünlük verirlər?
Modern.az saytı bu suala cavab almaq üçün bir sıra deputatlar arasında sorğu keçirib.


86 saylı Ağcabədi seçki dairəsinin deputatı Tahir Rzayev bildirib ki,  parlamentin üzvləri müəyyən səbəblərə görə rayonda qalıb yaşaya bilməzlər:
 


“Müəyyən seçicilər düşünürlər ki, deputat seçildiyi rayonda yaşamalıdır. Düşünürəm ki, belə insanların deputatların statusu haqqında qanundan, müəyyən əsasnamələrdən xəbərləri yoxdur. Çünki deputatın iş yeri Milli Məclisdir. Onlar bilavasitə müntəzəm olaraq, qanunvericiliyin hazırlanması, müzakirə olunmasıyla və iclasa çıxarılması ilə məşğuldurlar. Digər yandan, deputatlar Bakıda keçirilən beynəlxalq səviyyəli tədbirlərdə iştirak edirlər. Müntəzəm olaraq mediaya çıxırlar, ölkədə baş verənlər barədə öz fikirlərini bildirirlər. Belə olan halda deputat rayonda qalıb yaşaya bilməz”.

T.Rzayev bu düşüncənin qanunauyğun olmadığını deyib:

“Deputatın köməkçiləri var və onlar seçicilərlə deputatı əlaqələndirirlər. Deputat ayda 2-3 dəfə seçildiyi rayonda  vətəndaş qəbulu keçirir. Bəziləri müvafiq olaraq söyləyirlər ki, biz deputatı tapa bilmirik və xoşagəlməz ifadələr işlədirlər. Deputat 50 min, bəzən ondan da çox insanı təmsil edir. Onun dairəsini əhatə edən seçicilərdən, həmin rayona yaxın ərazidə yaşayan insanlardan deputatlara müraciətlər daxil olur. Kim görüşmək istəyirsə, əlbəttə, köməkçi, müəyyən rabitə vasitəsilə deputatla əlaqə saxlaya bilir. Elə olur ki, mənə gündə 15-20 zəng gəlir. Müəyyən seçicilər öz xahişlərini edir, məsləhətlər alırlar, bəzi qanunlar haqda fikirlərini bildirirlər. Əlbəttə, bu canlı ünsiyyətdir. Ancaq deputat rayona gedəndə hər bir insanla görüşə, onların arzu və qayğılarını dinləyə bilməz. Vətəndaşın özü maraqlı olmalıdır. Müraciət etməlidir ki, deputat görüşüb söhbət etsin.
Yəni dediyim odur ki, bəzi vətəndaşların "deputatlar rayonda qalmalıdır" fikri yanlışdır və qanunauyğun deyil. Bu, bilavasitə kimlərisə çaşdırmaq, müəyyən fikrirləri qarışdırmaq üçün söylənilən yersiz mülahizələrdir”.
 


 5 saylı Babək - Naxçıvan - Culfa seçki dairəsinin deputatı Ülviyyə Həmzəyeva isə bunları deyib:
 

“Dünya təcrübəsində necədir deyə bilmərəm. Lakin düşünürəm ki, deputatın təmsil etdiyi bölgədə yaşamasından daha önəmlisi onun həmin ərazidə uzun müddət yaşamış olması daha önəmlidi. Bölgənin inkişaf perspektivləri, seçicilərin istəkləri, problemləri ilə yaxından tanış olan insan bölgədə yaşamasa da, oranı təmsil edə və öz töhfəsini verə bilər. Digər yandan, informasiya texnologiyalarının, sosial şəbəkələrin, kommunikasiya alətlərinin bu qədər inkişaf etdiyi bir dövrdə həm istənilən məlumatı əldə etmək, həm də istənilən şəxslə rahatlıqla ünsiyyət qurmaq olar. Nəzərə alsaq ki, bütün deputatlar mütəmadi olaraq təmsil etdikləri bölgələrdə görüşlər keçirirlər, seçicilər üçün deputatla görüşmək də rahatdır”.
 


77 saylı Lənkəran şəhər seçki dairəsinin deputatı Fariz İsmayılzadə sualımıza belə cavab verib:


“Parlamentin həftədə iki dəfə plenar iclası, eləcə də komitə iclasları olur. Bakı bizim paytaxtımızdır. Müxtəlif dövlət orqanlarında tədbirlər olur. Kimsə Ağstafadan seçilibsə, bu o demək deyil ki, orda yaşamalıdır. Bəs o, gündə Bakıya necə gəlib-getməlidir?”.
 


81 saylı İmişli seçki dairəsinin deputatı Razi Nurullayev qeyd edib ki, millət vəkilinin təmsil etdiyi rayonda yaşamasını tələb etmək absurddur:
 

“Dünyanın heç bir yerində "seçilmiş deputat öz rayonunda, kəndində qalmalıdır" deyə bir şey yoxdur. İclaslar Bakıda keçirilir. Sən təmsil etdiyin rayonda yaşaya da, yaşamaya da bilərsən. Amma elə bir tələb yoxdur. Belə bir tələbin olması absurddur. Deputatın təmsil etdiyi rayonda yaşaması hansı əhəmiyyəti daşıyır? Bütün tədbirlərin hamısı - dövlət orqanları ilə görüş, dəvət olunduğun tədbirlərin hamısı mərkəzdədir. Deputat 200-300 kilometr uzaqdakı rayondan hər gün paytaxtda keçirilən müxtəlif tədbilərə gəlib-gedə bilməz”.



90 saylı Ağsu seçki dairəsinin deputatı Elçin Mirzəbəyli deyib ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 5-ci maddəsində deputatlıq fəaliyyətinin formaları imperativ şəkildə qeyd olunub və əlavə müzakirələr üçün yer qoyulmayıb:
 

“Sözügedən maddəyə görə, deputatın fəaliyyəti aşağıdakı iqstiqamətlərdən ibarətdir:

- Deputat Milli Məclisin iclaslarında iştirak edir;

- Milli Məclisin komitə və komissiyalarının işində iştirak edir;

- Milli Məclisin, Milli Məclisin sədrinin, Milli Məclisin komitə və komissiyalarının tapşırıqlarını yerinə yetirir;

 -deputat sorğuları verir;

- seçicilərlə iş aparır.

Göründüyü kimi 5-ci maddədə qeyd olunan 5 fəaliyyət istiqamətinin, yalnız birində seçicilərlə iş aparmaqdan söz açılır. Yerdə qalan 4 istiqamət üzrə fəaliyyətin həyata keçirilməsi üçün isə deputat istisnasız olaraq, Milli Məclisin yerləşdiyi ərazidə, yəni ölkənin paytaxtında yaşamalı və fəaliyyət göstərməlidir. Təəssüf ki, bəzən seçki kampaniyaları dövründə verilən yanlış vədlər, vətəndaşların müəyyən bir hissəsinin bu və ya digər səbəbdən deputatın faəliyyət və səlahiyyət imkanları haqqında məlumatlı olmamaları və ya məlumatlı olmaq istəməmələri deputat fəaliyyəti haqqında yanlış təsəvvürlərin ortaya çıxmasına zəmin yaradır. Düşünürəm ki, bu istiqamətdə ciddi marifləndirmə işi aparılmalıdır. Azərbaycan seçicisinə detallı şəkildə izah etmək lazımdır ki, onun öz aktiv seçki hüququndan istifadə etməklə Milli Məclisə seçdiyi şəxsin vasitəsilə o, qanunların qəbul olunması prosesində iştirak edir. Bu qanunlar da bütün dövlət institutlarının, məhkəmələrin, elə qanunverici orqanın özünün faəliyyətini tənzimləyir.

Azərbaycan Milli Məclisinin deputatının ünvanı, el dilində deyildiyi kimi, üstündədir – Azərbaycan Milli Məclisinin deputatı… Bu və ya digər seçki dairəsinin, ərazi subyektinin yox, məhz Azərbaycan Respublikasının.

Digər tərəfdən, qanunvericilik fəaliyyəti peşəkar, sistemli fəaliyyət növüdür, ictimai əsaslarla olan bir fəaliyyət növü deyil. Parlamentarinin iş yeri də parlamentdir. Digər tərəfdən, deputat da Azərbaycan Respublikasının vətəndaşıdır və ölkə konstitusiyasının 28 maddəsinin III bəndinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Göründüyü kimi, Azərbaycan Respublikasında çar Rusiyasında olduğu kimi “təhkimçilik hüququ” yoxdur...

“Deputat statusu haqqında” qanundan başqa bir iqtibas gətirməklə, bu mövzuya nöqtə qoymaq istəyirəm: , Sözügedən qanunun 26-cı maddəsində deyilir:

"Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında mənzili olmayan deputata səlahiyyət müddətində xidməti mənzil, bu mümkün olmadıqda yaşayış xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi qaydada və məbləğdə pul təminatı verilir. Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında daimi yaşayan və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan deputatın mənzil şəraiti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaxşılaşdırılır. Deputatın daimi yaşadığı yer telefonla təchiz edilir".
Göründüyü kimi, qanunda, dolayısıyla deputatın fəaliyyətini həyata keçirməsi üçün harada yaşamalı olduğu vurğulanır”.

Parlamentari vurğulayıb ki, beynəlxalq təcrübədə ölkənin qanunverici orqanının təmsilçilərinin seçildikləri ərazidə yaşamalarının zəruriliyi ilə bağlı heç bir fakt yoxdur, ola da bilməz:

“Yəni deputatlar parlamentin yerləşdiyi ərazidə, yaxud həmin əraziyə yaxın yerdə yaşayırlar. Deyə bilmərəm, bəlkə də Şimali Koreyada var. Qapalı ölkə olduğu üçün bu barədə məlumat almaq çətindir.

Bu qəbildən olan mülahizələr sübuta yetirir ki, qanunverici orqanın fəaliyyəti, missiyası və deputatın fəaliyyət istiqamətləri ilə bağlı davamlı marifləndirmə işinin aparılmasına ehtiyac var. Əks təqdirdə, bəziləri deputatın fəaliyyəti ilə bələdiyyə üzvlərinin, icra orqanları təmsilçilərinin, hətta hakimlərin işini səhv salmaqda davam edəcək, bəziləri də bu bilgisizlikdən istifadə edərək ortalıqda su bulandıracaqlar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Fevral 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see358

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see190

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see141

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see139

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see136

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see133

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see127

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see126

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see124

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see124

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see121

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see119

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see118

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see115

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see115

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri