Icma.az
close
up
RU
Deputat: Novruzun əhəmiyyətini tanıtmaq üçün ölkəmizdə müstəsna işlər görülüb

Deputat: Novruzun əhəmiyyətini tanıtmaq üçün ölkəmizdə müstəsna işlər görülüb

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Yazın gəlişini və təbiətin yenidən canlanmasını özündə ehtiva edən Novruz bayramı dərin tarixi kökləri ilə Türk xalqlarının mədəni irsinin ayrılmaz tərkib hissəsidir". 

Bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı "Cebheinfo.az"-a açıqlamasında deyib. O bildirib ki, İslamdan öncəki dövrlərdən günümüzədək yaşadılan Novruz bayramı Azərbaycanla yanaşı, bütün Şərq dünyasında böyük sevinc və coşqu ilə qeyd olunur: 

"Bu bayram insanlar arasında birlik və həmrəyliyi gücləndirir, nəsillərdən-nəsillərə ötürülən qədim adət-ənənələri yaşadır. Novruz sözü "Yeni Gün" mənasını daşıyaraq təbiətin oyanışını simvolizə edir. Baharın gəlişini müjdələyən bu bayramda torpaq yenidən canlanır, ağaclar çiçək açır, insanlar təbiətin bu möcüzəsinə sevgi və minnətdarlıq hissi ilə yanaşırlar. Eyni zamanda, Novruz bolluq və bərəkət rəmzi kimi, ailələrdə süfrələrin zənginliyi və ruzi-bərəkətin simvolu sayılır". Millət vəkili qeyd edib ki, Novruz bayramının tarixini, onun simvolik mənasını və əhəmiyyətini tanıtmaq üçün ölkəmiz müstəsna işlər görüb: 

"Bu mənada, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri xüsusi olaraq qeyd olunmalıdır. Onun böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Azərbaycanın Novruz ənənələri dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərdə təbliğ olunur və mədəni irs kimi qorunur". Günay Ağamalı vurğulayıb ki, Novruz təkcə türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir: 

"Novruz bayramı zamanı ailələr bir araya gəlir, dostlar bir-birini ziyarət edir və birgə bayram süfrələri açılır. Bu isə ailə dəyərlərinin qorunub saxlanılması kontekstində olduqca əhəmiyyətlidir. Hər bir xalq bu bayramı öz ənənə və ritualları ilə zənginləşdirir". Deputat diqqətə çatdırıb ki, son beş ildir Azərbaycan xalqı bütün əlamətdar günlərini daha böyük ruh yüksəkliyi və sevinc içində qeyd edir: 

"Torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edilib. Bu tarixi zəfər xalqımızın milli birlik və həmrəyliyinin bariz nümunəsidir. Cənab Prezident İlham Əliyevin Xankəndi, Şuşa və ümumilikdə işğaldan azad edilmiş torpaqlarda yandırdığı bayram tonqalları işıqlı gələcəyimizin çalarlarıdır. Bu tonqallar xalqımızın əzmini, iradəsini və qalibiyyət ruhunu simvolizə edir. Qarabağda dalğalanan üçrəngli bayrağımız azadlığımızın və müstəqilliyimizin əbədi olduğunu dünyaya bir daha nümayiş etdirir". 

Elmir Mustafa 
"Cebheinfo.az"

 

Açar sözlər: Novruz bayramı Günay Ağamalı deputat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Mart 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri