Deputat: Ombudsmanın ortaya qoyduğu prinsipiallığı yüksək qiymətləndirirəm
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
"Həbsxana və təcridxanalardakı sıxlığa, təkcə Lənkəranda olduğu kimi çağdaş penitensiar kompleksin istifadəyə verilməsi yolu ilə deyil, həm də cəza siyasətinin humanistləşdirilməsi, cinayətlərin dekriminallaşdırılması fəlsəfəsindən daha tez-tez çıxış etməklə son qoymaq olar".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Sahib Alıyev deyib.
Onun sözlərinə görə, bu, orada saxlanılanların sayı ilə yanaşı, onlara ayrılan xərclərin də azaldılmasıyla nəticələnər:
S.Alıyev qeyd edib ki, bu yolla qənaət edilən vəsait isə məruzədə sözü gedən müsəssiələrdə saxlanılanların müayinə və müalicə ilə vaxtında təminlərində problemlərin olduğuna, oradakı tibb məntəqələrində avadanlıq, dərman çatışmazlığına toxunulur ki, onların aradan qaldırılmasına sərf edilə bilər:
"Sözügedən obyektlərdə tibbi heyət üçün vakant yerlər, dərman, eləcə də digər ləvazimatlarla təminatları onların sənəddə əksini tapan tutumlarına deyil, oradakı insanların saylarına uyğun gəlməlidir, yəni sıxlıq faktoru nəzərə alınmalıdır. Əksəriyyəti qanun pozduqlarına görə təcrid olunanlara qarşı hər hansı qanunsuzluğa yol verilməməsi bir dövlət ədəbinin ədalətinin göstəricidir ki, ombudsmanın bu məsələdə ortaya qoyduğu prinsipiallığı yüksək qiymətləndirirəm”.
Mina Mikayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 07 Mart 2025 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















