Icma.az
close
up
RU
Deputat: Paşinyanın mövqeyi sülh müqaviləsinin imzalanmasına maneələr yaratmağa hesablanıb

Deputat: Paşinyanın mövqeyi sülh müqaviləsinin imzalanmasına maneələr yaratmağa hesablanıb

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində qazanılan tarixi zəfər və 2023-cü ildə həyata keçirilən bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası fonunda regionda yeni reallıqlar yaratdı. Məlum olduğu kimi, Azərbaycan tarixi zəfərimizin ilk günlərindən bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanması ilə bağlı beynəlxalq hüququn beş əsas prinsipini özündə əks etdirən təklifini təqdim edib. Lakin Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyinə görə bu günə qədər sülh müqaviləsi imzalanmayıb".

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, ötən il ərzində Azərbaycan və Ermənistan birbaşa ikitərəfli müzakirələr yolu ilə xüsusilə sülh sazişinin hazırlanması, dövlət sərhədinin delimitasiya və demarkasiyası istiqamətləri də daxil olmaqla normallaşma prosesində müəyyən irəliləyiş əldə ediblər:

"Amma Ermənistan himayədarlarının dəstəyi ilə yenidən silahlanaraq sülh müqaviləsinin imzalanmasından yayınır. 44 günlük İkinci Qarabağ müharibəsi, bir günlük lokal antiterror tədbirləri Ermənistana və havadarlarına dərs olmalı, onları düz yola istiqamətləndirməli idi. Ancaq bunun əksini görürük. Azərbaycanla bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ermənistan nə qədər ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtmalı, sülh müqaviləsinin imzalanması istiqamətində konstruktiv mövqe ortaya qoymalıdır. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü sülh imkanlarını heçə endirə bilər".

"Ermənistanın baş naziri Nikol Paşinyanın sülh müqaviləsi ilə bağlı son açıqlaması təsdiqləyir ki, İrəvan yenə də manipulyasiya ilə məşğuldur. Ermənistan konstitusiyaya düzəlişlər vasitəsilə Azərbaycana qarşı ərazi iddialarından qanuni şəkildə imtina etməklə normallaşma prosesində əsas maneəni aradan qaldırmalıdır. İtkin düşmüş dörd minə yaxın Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirilməli və ailələrinin əzab-əziyyətinə son qoyulmalıdır. Digər mühüm məsələ isə münaqişənin ilk illərində hazırki Ermənistan ərazisindən qovulmuş 250 mindən çox azərbaycanlının təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasını təmin etməkdir. Qərbi Azərbaycan icmasının dinc qayıdışını asanlaşdırmaq üçün dialoqa başlanılmalıdır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçid təmin edilməlidir. Azərbaycanla sərhəddə üçüncü dövlətlərin qüvvələrinin olması qəbuledilməzdir. Bu məsələlər həll olunmayınca, hansı sülh müqaviləsindən danışmaq olar? Ermənistan rəhbərliyinin mövqeyi sülh müqaviləsinin imzalanmasına maneələr yaratmağa hesablanıb", - deyə deputat əlavə edib.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Fevral 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see263

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see229

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see217

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see193

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see181

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see169

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see156

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see155

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see149

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri