Icma.az
close
up
RU
“Deputat pensiyamın hesabına atamın ev muzeyini təmir etdirirəm”

“Deputat pensiyamın hesabına atamın ev muzeyini təmir etdirirəm”

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“Rəsul Rzanın ev-muzeyində hazırda təmir işləri gedir”.

“Qafqazinfo” xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anar deyib.

O bildirib ki, təmir işləri ailəsinin hesabına həyata keçirilir: “Bir də mənim deputat pensiyam var, onun hesabına atamın ev-muzeyini təmir etdirirəm”.

Xalq yazıçısı Rəsul Rzanın ev-muzeyi yaradılması məsələsinə laqeyd yanaşılmasından şikayətlənib: “Mən bu məsələlərə qarışmaq istəmirəm, danışacam, sonra hərə bir yerdən danışacaq. Ona görə də heç bir şey demək istəmirəm. Özü də bu laqeydlik təkcə Rəsul Rzanın ev-muzeyi ilə bağlı deyil. Cəfər Cabbarlının da ev-muzeyi hazırda yox kimidir, halbuki bir neçə il əvvəl yubileyi idi”.

AYB sədri onu da vurğulayıb ki, “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi prosesi də yarımçıq qalıb.

“Mən artıq 10 ilə yaxındır ssenarini yazıb təqdim etmişəm, qəbul olunub, lakin filmi çəkmək fikirləri yoxdur”, - Anar əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev 2013-cü ildə “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi, 2022-ci ildə isə Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.

Xatırladaq ki, bundan əvvəl də Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rzanın ev-muzeyinin təmir və bərpası təxirə salınmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Fevral 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri