Icma.az
close
up
RU
Deputat: “Prezident hər bir azərbaycanlının ləyaqətini qoruyur”

Deputat: “Prezident hər bir azərbaycanlının ləyaqətini qoruyur”

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

Öncə onun sərnişin təyyarəmizin Qroznı üzərində vurulmasının ildönümüylə bağlı sosial şəbəkədəki paylaşımına toxunmaq istərdim. Bununla dövlət başçımız bir daha göstərdi ki, biz heç nəyi unutmuruq və Azərbaycan dövlətinın sırf beynəlxlaq normalara dayanaraq irəli sürdüyü tələb yerinə yetirilməlidir. Özəlliklə də xalqımız bilməlidir ki, cənab İlham Əliyev qarşıdakının kimliyindən və necə qarşılanmasından asılı olmayaraq bu məsələdə qətiyyət göstərməklə sadəcə dövlətimizin imicini qorumur, həm də hər bir azərbaycanlının ləyaqətinin keşiyində durduğunu göstərir.
Növbəti özəl gününü də Qarabağda keçirən dövlət başçımızın başımıza gətirilənləri və gətirənləri unutmamaqla bağlı həm Xankəndində, həm də Ağdamda dedikləri də sırğa olaraq hər birimizin qulağından asılmalıdır. Çünki tarix unudulanda onun unudanlar üçün daha ağır formada neçə təkrarlandığının yüzlərlə örnəyi var ki, bir neçəsini də biz yaşamışıq.
Tarixin unudulmaması isə qurbanların anılması, hadisələrin düzgün qiymətləndirilməsi, buraxılan səhvlərin və buna yol verənlərin məsuliyyətlərinin vurğulanmasıdır.
Ona görə də, cənab İlham Əliyevin İrəvanın Ermənistana peşkəşini qiymətləndirərkən dedikləri, yaxud kərkicahanlılarla görüşdə keçmiş hakimiyyətlərin torpaqlarımızn itirilməsində oynadıqları rolun xatırladılması, bəzilərinin cəmiyyətə aşılmağa çalışdıqları kimi kimlərinsə siyasi rəqib gözündə görülmələrindən irəli gəlmir, bu, həmən faciələrin bir də təkrarlanmaması üçündür!
Böyük qürurla onu da deyim ki, bu gün Qarabağda gedən quruculuq da əslində bir tərəfdən başımıza gətirilənlərin təkrarlanmayacağını göstərir və həm də qəribə səslənsə də qisas mahiyyətli prosesdir. Yəni cənab Prezidentin də vurğuladığı kimi Ağdamın altını üstünə çevirənlər əgər düşünürdülərsə ki, biz ora qayıtmayacağıq yanıldıqlarını görürlər. Onların düşmənçiliklərinə isə əvvəlki Adğamın, eləcə də digər şəhər və qəsəbələrin yerində daha gözəlini, daha funksionalını, dayanıqlı inkişaf və şəhərsalma proqramı standartlarına tam uyğunlarını tikməklə, yəni özümüzə xas cavab veririk.
Əgər Ağdamda salınan 1268 mənzillik yaşayış kompleksində 1218 yeraltı qaraj da varsa və oradakı sənaye parkının rezidentləri artıq 945 milyon manatlıq məhsul satıblarsa, bunun nə demək olduğunun izaha yəqin ehtiyacı yoxdur.
Yeri gəlmişkən, bir zamanlar işğal altındakı torpaqlarımızda mədəni-mənəvi suverenliyimizin təminində də böyük rol oynayacaq data mərkəzlərinin qurulması üçün də müəyyən hazırlıqlar getdiyini hiss etmək olur ki, bu da ancaq alqışlana bilər.
Sahib Alıyev, MM-in deputatı
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://azvision.az
archiveBu xəbər 26 Dekabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri