Deputat: Qadınlara qarşı zorakılığın artması bütün dünyada müşahidə olunur
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məişət zorakılığı ilə bağlı qanuna dəyişikliklərə ehtiyac var.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Tamam Cəfərova komitənin bugünkü iclasında deyib.
O, xüsusilə qadın qətlləri ilə narahatlıq doğuran xəbərlərin yayıldığını vurğulayıb:
"2024-cü ildə ondan əvvəlki ilə nisbətən daha az qadın qətli qeydə alınıb. Lakin bu yenə də problem olaraq qalır. Az qala, hər həftə, 10 gündən bir qadınların qətlə yetirilməsi ilə bağlı xəbərlər yayılır. Çox təəəssüfləndirici haldır ki, bəzən qadın ailə üzvü olan, birlikdə yaşadığı kişilərin qurbanına çevrilirlər. Hətta yeniyetmə oğlanlar anasını, atalar öz qızlarını qətlə yetirirlər. Bu, çox ciddi müzakirə olunmalıdır".
Deputatın sözlərinə görə, ümumiyyətlə, bu neqativ tendensiya dünyada genişlənməkdədir:
"Mətbuatdan oxuduğuma əsasən, İtaliyada məişət zəminində törədilən qadın cinayətinə görə ömürlük həbs cəzasının verilməsi müzakirə olunur. Bu məsələ ilə bağlı Milli Məclisdə ictimai dinləmənin keçirilməsi çox faydalı ola bilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 19 Sentyabr 2025 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















