Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Deputat: Rusiya rəhbərliyinin digər xalqlara qarşı daha amansız münasibət sərgiləməsi təəccüblü deyil

Deputat: Rusiya rəhbərliyinin digər xalqlara qarşı daha amansız münasibət sərgiləməsi təəccüblü deyil

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Son dövrlər Rusiyada baş verən hadisələr, xüsusilə də azərbaycanlı miqrantlara və qeyri-rus xalqlara qarşı yönələn təzyiqlər, təhqiramiz ritorika və zorakı aksiyalar bir neçə yanaşı məqsədə xidmət edir.

Sfera.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli söyləyib.

Onun sözlərinə görə, ilkin məqsəd Ermənistanda baş verən kilsə-hökumət qarşıdurması ilə bağlıdır: “Bu, Rusiyanın “çoxvektorlu təsir siyasəti”nin tipik nümunəsidir. Gəlin öncə bu prosesə mərhələli şəkildə nəzər salaq:

Paşinyan hakimiyyəti ilə Ermənistan Apostol Kilsəsi arasındaki gərginlik pik həddə çatıb. Kilsə Paşinyanı ənənəvi dəyərlərə xəyanətdə və Qərbə meyildə ittiham edir, Paşinyan isə kilsənin siyasi təsirini məhdudlaşdırmağa çalışır. Bu mübarizədə Ermənistan cəmiyyətinin radikal-ultramillətçi seqmenti kilsənin ətrafında cəmlənib.

Moskva isə çoxdan Ermənistanda kilsəni “yumşaq güc aləti” və siyasi təsir mexanizmi kimi dəstəkləyir. Çünki kilsə həm Rus Pravoslav Kilsəsi ilə tarixi əlaqələr saxlayır, həm kilsənin mövqeyi postsovet məkanında Rusiyanın “ənənəvi dəyərlər” ritorikasına uyğun gəlir. Yəni Moskva üçün kilsə Ermənistanda və Cənubi Qafqazda imperiyanın ənənəvi dayaqlarından biri rolunu oynayır”.

O vurğulayıb ki, azərbaycanlılara və ümumən müsəlman miqrantlara qarşı zorakılıq Moskva üçün iki istiqamətdə mesaj funksiyası daşıyır. Belə ki, Daxildəki radikal elektorata göstərir ki, “Rusiya sərt əl prinsipini qoruyur, əzici üstünlüyünü təmin edir”.

“Ermənistanda kilsə ətrafında cəmlənən ultramillətçi qüvvələrə isə ötürür ki, Moskva Qafqazda “türk-müsəlman təhlükəsi” ilə mübarizə aparır və öz nüfuzunu saxlayır.

Başqa sözlə, Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı təzyiqləri, qətllər, “etnocinayətkarlıq” etiketi təkcə Rusiyada islamofobiya yaratmır. Bu həm də Ermənistandakı müəyyən dairələr üçün “görürsünüzmü, Rusiya sizin əbədi müttəfiqinizdir, ortaq düşmənimiz türk-müsəlman dünyasıdır” mesajıdır.

Çox güman ki, Azərbaycanlılara qarşı zorakılıq dalğasında Moskva eyni zamanda Ermənistandakı kilsə və ultramillətçi qruplara aşağıdakı mesajlari verir:

“Biz sizin tarixi-mifik “düşmənlərinizə” qarşı sərt mövqedəyik, bizim nüfuzumuz olmadan regionda heç kəs sizi türk-müsəlman üstünlüyundən qoruya bilməz və siz də bu mövzunu təbliğatda istifadə edin və ictimai rəyə ötürün”.

Deputatın fikrincə, bu, həm Rusiyanın regiondakı mövqelərini möhkəmlətmək, həm də daxildə millətçi konsolidasiyanı gücləndirmək məqsədi güdən çoxplanlı siyasətdir: “Digər tərəfdən, Rusiyanın siyasi dairələri iqtisadi çətinliklər, beynəlxalq təcrid, Ukrayna müharibəsinin yaratdığı sosial gərginliklər fonunda yaranan yarıgizli narazılığı ənənəvi qaydada fərqli istiqamətlərə yönləndirməyə çalışırlar. Tarixən də Rusiyada siyasi və iqtisadi böhran dövrlərində daxili düşmən obrazı yaratmaq ənənəsi olub. Anti-miqrant ritorikası da bu kontekstdə klassik “günah keçisi” axtarmaq strategiyasıdır.

Bütün bu hadisələrin ana xəttində dayanan amil Rusiya dövlətçiliyində imperiya şüurunun mühüm elementi olan “rus xalqının aparıcı rolu” ideologiyasıdır”.

E.Mirzəbəyli qeyd edib ki, hazırda Rusiyada azərbaycanlılara, özbəklərə, qırğızlara, türkmənlərə və digər türk, müsəlman xalqların nümayəndələrinə qarşı aparılan şovinist, diskriminasiya və islamofob siyasət təsadüfi deyil: “Bu siyasətin başında hakim siyasi dairələr dayanır. Əslində bu, əsrlər boyu müxtəlif xalqlara qarşı həyata keçirilən imperiya siyasətinin daha sərt və açıq formaya keçmiş davamıdır. Rusiya mövcud daxili və xarici siyasətinin mahiyyətini anlamaq üçün Ukraynada baş verənlərə diqqət yetirmək kifayətdir. Əgər Rusiya rəhbərliyi qardaş slavyan Ukrayna xalqına qarşı belə qəddar siyasət aparır, Buçada və digər şəhərlərdə mülki insanları qırır, kəndləri və şəhərləri yer üzündən silir, milyonlarla insanı didərgin salırsa, digər xalqlara qarşı daha amansız münasibət sərgiləməsi təəccüblü deyil.

1990-cı illərdə Orta Asiya və Qafqazdan olan miqrantlara qarşı qəddarlığı ilə seçilən skinhed dəstələrini xüsusi xidmət orqanları himayə edirdi. Bugünkü Rusiyada artıq həmin qruplara ehtiyac yoxdur. Bu vəzifəni birbaşa polis, OMON və FTX daha açıq, daha qəddar şəkildə icra edir. Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayətlər bunun bariz sübutudur. Hadisənin detalları Rusiyada digər xalqlara qarşı nifrətin dövlət səviyyəsində qorunduğunu göstərir”.

O əlavə edib ki, Rusiya hüquq mühafizə orqanlarının ortaya atdığı “etnocinayətkarlıq” anlayışı da bu siyasətin tərkib hissəsidir: “Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır.

Bu proseslər təsadüfi deyil. Azərbaycanın öz milli maraqları əsasında yürütdüyü müstəqil siyasət və regiondakı güclənən mövqeyi Rusiya mediasını və siyasi çevrələrini narahat edir. Ona görə də ritorika sərtləşir. Lakin bu qısamüddətli təzyiqdir və faktiki reallığı dəyişmir. Əksinə, Azərbaycana qarşı bu cür hücumlar ictimaiyyətimizdə milli həmrəylik və soyuqqanlı diplomatik mövqe ətrafında daha çox birləşmə tendensiyasını gücləndirir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://sfera.az
archiveBu xəbər 29 İyun 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see225

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see191

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see170

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see164

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see157

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see151

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see147

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see143

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see142

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see139

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see138

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see132

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see132

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri