Icma.az
close
up
RU
Deputat: Rusiyada bəzi qüvvələr Qafqazla bağlı siyasətdə ciddi yalnışlığa yol verirlər

Deputat: Rusiyada bəzi qüvvələr Qafqazla bağlı siyasətdə ciddi yalnışlığa yol verirlər

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Dövlətimizin başçısı İlham Əliyev Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib. Əvvəlki müsahibələr kimi bu dəfə də ölkə başçısının nitqi bir çox maraqlı məqamlara toxunaraq, ciddi mesajlar verməklə yanaşı, bəzi gözlənilən məsələlərlərlə bağlı açıqlamalarla yadda qalıb".

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

O bildirib ki, İlham Əliyev müsahibəsində bir çox regional və qlobal məsələlərə münasibət bildirərək, dövlətimizin bu məsələlərdəki mövqeyini beynəlxalq ictimaiyyətə çatdırıb:

"Ölkə başçısının açıqlamalarından ən diqqətçəkən məqam Ağ Evdə imzalanan bəyannamə ilə bağlı fikirləridir. Sənədin imzalanması gündən beynəlxalq mətbuatda ən çox müzakirə olunan sual onun Ermənistan tərəfindən tanınıb-tanınmayacağı olub. Prezident İlham Əliyev isə bunu aydın şəkildə izah etdi: razılaşmaya sadiq qalmaq Ermənistanın hakimiyyətinin deyil, birbaşa dövlətinin məsuliyyətindədir".

Müşfiq Cəfərov əlavə edib ki, Azərbaycan Prezidenti müsahibəsində Rusiya ilə münasibətlərin pisləşməsinə görə ölkənin məsuliyyət daşımadığını vurğulayıb və bildirib ki, Azərbaycan heç vaxt aqressiya və hörmətsizlik təzahürlərinə dözməyəcək:

"Əslində Azərbaycan-Rusiya münasibətlərində zaman-zaman maraq toqquşmaları baş verirdi. Lakin budəfəki gərginliyin ictimaiyyətə açıq şəkildə nümayiş olunması və Rusiya güc struktularının fəaliyyəti bu gərginliyin yeni mərhələyə keçdiyini göstərdi. OMON hadisəsi sadəcə adi bir insident deyil, Bakıya qarşı tətbiq edilən sərt siyasi ritorikanın bir formasıdır", - deputat vurğulayıb.

Deputat vurğulayıb ki, bu hadisələr fonunda Azərbaycan balanslaşdırılmış, lakin prinsipial mövqeyini qoruyaraq bölgədəki lider rolunu gücləndirir:

"Postmüharibə dövründə Azərbaycan Rusiya üçün bir sıra strateji jestlər göstərdi, hətta Rusiya əleyhinə heç bir sanksiyalara qoşulmadı. Lakin Rusiyadakı bəzi qüvvələr Qafqaz siyasətində ciddi yanlışlıqlara yol verirlər. Azərbaycanın siyasəti regionda etibarlı, müstəqil qərar verən aktora çevrilib. Artıq Qafqazın gələcəyi Bakının iştirakı olmadan müəyyənləşdirilə bilməz", - Müşfiq Cəfərov qeyd edib.

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Avqust 2025 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see170

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see149

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see146

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see134

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri