Icma.az
close
up
RU
Menu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Abbaszadə DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir , ekspert isə təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edir idarə deyir

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Beyaz bu tarixdə ekranlara dönür Video

Deputat: Rusiyada “rus kimliyi” ideologiyasının süni şəkildə gücləndirilməsi bu ölkənin imperiya xislətini göstərir

Deputat: Rusiyada “rus kimliyi” ideologiyasının süni şəkildə gücləndirilməsi bu ölkənin imperiya xislətini göstərir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 29 iyun, AZƏRTAC

Rusiyanın Sverdlovsk vilayətində, Yekaterinburq şəhərində baş verən hadisələr təkcə fərdi cinayət faktları kimi deyil, sistemli və məqsədli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir. Rusiya hüquq-mühafizə orqanlarının Azərbaycan əsilli şəxslərin evlərində vəhşicəsinə reydlər keçirməsi, onları işgəncəyə məruz qoyması, öldürməsi təkcə hüquqi normaların pozulması deyil, etnik təmizləmənin növbəti təzahürüdür. İyirmi beş il əvvəl baş vermiş bir cinayətə görə insanların vəhşicəsinə saxlanılması və qeyri-insani rəftarın tətbiqi beynəlxalq hüququn, o cümlədən BMT-nin İşgəncələrə Qarşı Konvensiyasının açıq pozuntusudur. Bu cür davranışlar təkcə Rusiya Konstitusiyası ilə deyil, insan ləyaqətinə qarşı yönəlmiş vəhşilikdir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Deputat bildirib ki, hüquq normalarına görə, əgər bir insan cinayət törətməkdə şübhəli bilinibsə, onun ailəsi deyil, konkret şəxslər, onların mühakiməsi yalnız məhkəmə tərəfindən aparılmalı, cəzası da qanunvericiliyə uyğun şəkildə verilməlidir. Heç bir hüquq-mühafizə orqanının insanlara işgəncə verməyə, onları öldürməyə haqqı yoxdur.

P.Vəliyevanın sözlərinə görə, Rusiyada “rus kimliyi” ideologiyasının süni şəkildə gücləndirilməsi, monoetnik dövlət modelinə keçid cəhdləri, qeyri-rus xalqlara qarşı artan ksenofobiya və nifrət dili – bu ölkənin imperiya xislətindən imtina etmədiyini sübut edir. Damğalanmaya və etnik, milli, dini diskriminasiyaya məruz qalan azərbaycanlılar və Mərkəzi Asiya mənşəli miqrantlar Rusiya iqtisadiyyatının onilliklərdir ki, əsas daşıyıcı qüvvəsi olduqları halda, sosial diskriminasiyaya, inzibati zorakılığa və hüquqi ayrı-seçkiliyə uğrayırlar.

“Həmin hadisələr fonunda bir neçə əsas tendensiya aydın görünür: Rusiya hökumətinin müharibəyə rusları deyil, qeyri-rusları göndərmək siyasəti; miqrantların “mütləq günahkar” kimi təqdim olunması; Ukraynada insanlıq əleyhinə cinayətlər törədən Rusiya rejiminin daxildə də qeyri-rus xalqlara qarşı qəddarlığını artırması; Rusiya mediasının açıq anti-Azərbaycan və islamofob ritorikası; Rusiya dövlət təmsilçilərinin mütəmadi olaraq Azərbaycan əleyhinə qərəzli və əsassız fikirlər səsləndirməsi; Rusiya ictimaiyyətini çaşdıran, Azərbaycanın milli maraqlarına toxunan çıxış və ifadələrinin, əslində Rusiya tərəfindən sistemli və məqsədli şəkildə aparılan anti-Azərbaycan siyasətinin tərkib hissəsi olması.

Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulması, məsələnin qəsdən təkzib və ört-basdır edilməsi, vurulma faktı sübut edildikdən sonra Rusiya tərəfinin uzun müddət hərəkətsizliyi, gecikən üzr və hələ də ödənilməyən kompensasiya, bu ilin fevral ayında ölkəmizə qarşı təşkil edilən kütləvi kiberhücumların Rusiya tərəfindən gəlməsi bunun bariz sübutudur.

Rusiya dövləti və hüquq-mühafizə orqanları həmin cinayətlərin qarşısını almaqla yanaşı, bu vəhşiliyi törədən hər bir şəxsə qarşı dərhal və qəti hüquqi tədbirlər görməlidir. Bu, Rusiyada yaşayan milyonlarla azərbaycanlının və digər qeyri-rus xalqların hüquqlarının qorunması baxımından həyati əhəmiyyət daşıyır. Əgər Rusiya dövləti həmin hadisələrə obyektiv hüquqi qiymət verməzsə, bu yalnız ölkədaxili qarşıdurmaları alovlandırmayacaq, ölkəmizlə də münasibətlərdə kəskin qopmalar yaradacaq. Rusiya tərəfi törədilən cinayətlərlə bağlı Azərbaycan xalqından üzr istəməlidir”, - deyə deputat fikrinə yekun vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 İyun 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see282

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see250

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see219

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see208

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see164

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see161

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see155

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see151

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see147

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see145

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see145

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see144

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see143

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see136

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see135

Abbaszadə DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir , ekspert isə təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edir idarə deyir

26 Dekabr 2025 09:46see134

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see133

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see130

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri