Icma.az
close
up
RU
Deputat: Seçim İrəvanındır, yoxsa...

Deputat: Seçim İrəvanındır, yoxsa...

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ermənistanda hazırkı seçkiqabağı vəziyyət klassik daxili siyasi rəqabətin çərçivəsini çoxdan aşaraq getdikcə taleyüklü geosiyasi seçim xarakteri alır. Biz bu ölkədə dövlət kimliyinin dərin böhranını müşahidə edirik: söhbət artıq partiyaların mandat uğrunda mübarizəsindən deyil, bütün Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına birbaşa təsir edəcək strateji kursun seçilməsindən gedir. Qonşu ölkə olaraq bizim üçün prinsipial məsələ ondan ibarətdir ki, Ermənistan cəmiyyətində gecikmiş realizm üstünlük qazanacaqmı, yoxsa bu cəmiyyət yenidən revanşizmin destruktiv tələsinə sürüklənəcək”. 

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, İrəvanda müzakirələrin əsas xəttini xarici siyasət vektoru təşkil edir. “Nikol Paşinyanın komandası əvvəlki güc mərkəzlərindən asılılığın azaldılması və əlaqələrin şaxələndirilməsi kursunu bəyan edərək manevr etməyə çalışır. Lakin rəsmi Bakının yanaşması Ermənistanın Qərbə və ya Şərqə yönəlməsi deyil, regionda praqmatik birgəyaşayışa hazır olub-olmamasıdır. Çünki bu gün Ermənistanda Azərbaycanla sülh prosesi artıq sırf xarici siyasət məsələsi olmaqdan çıxaraq daxili siyasi mübarizənin əsas alətinə çevrilib. Görürük ki, ciddi təzyiqlər altında olan mövcud hakimiyyət belə, obyektiv reallığı qəbul etməyə məcburdur. Bu reallıq beynəlxalq hüquq əsasında sərhədlərin delimitasiyasını, nəqliyyat kommunikasiyalarının açılmasının alternativsizliyini və konstitusion aktlarda əks olunan ərazi iddialarından qəti imtinanı ehtiva edir”, - - vurğulayıb.

 Deputat əlavə edib ki, Azərbaycanın mövqeyinə görə, sülh müqaviləsinin imzalanması sadəcə formal addım deyil, uzunmüddətli sabitliyin təməlidir: “Biz təhlükəsizliyin silahlanma yarışına deyil, iqtisadi qarşılıqlı asılılığa və açıq sərhədlərə əsaslandığı bir sistem təklif edirik. Təəssüf ki, Ermənistan müxalifəti hələ də təhlükəli miflərdən istifadə etməyə davam edir. Onların “risklər” və “yolverilməz güzəştlər” haqqında ritorikası cəmiyyəti daimi qarşıdurma paradiqmasında saxlamaq cəhdindən başqa bir şey deyil. Azərbaycanla münasibətlərin normallaşmasına qarşı çıxan bu qüvvələr əslində öz xalqının gələcəyinə qarşı çıxır, onu qəsdən təcrid və tənəzzül dalanına sürükləyir”,- o bildirib.

 Onun fikrincə, ciddi narahatlıq doğuran məqamlardan biri də Erməni Apostol Kilsəsinin siyasi mübarizəyə cəlb olunmasıdır: “Çünki dini institutların radikal siyasi şüarların tribunasına çevrilməsi və revanşist əhval-ruhiyyəni açıq şəkildə dəstəkləməsi cəmiyyətdə parçalanmanı və radikallaşmanı daha da gücləndirir. Sülh prosesinə mane olmaq üçün dini amildən istifadə edilməsi təhlükəli tendensiyadır və bu, Ermənistanın uzunmüddətli böhrandan çıxışı üçün zəruri olan sağlam ictimai konsensusun formalaşmasına ciddi zərbə vurur”.

Sevinc Fətəliyeva onu da qeyd edib ki, Azərbaycan üçün vəziyyət tam aydındır: “Biz öz suverenliyimizi bərpa etmişik və Cənubi Qafqazda yeni reallıq formalaşdırmışıq. Bu reallıq tranzit, beynəlxalq ticarət və ümumi inkişaf üçün geniş imkanlar açır. Ermənistanda baş verən daxili proseslər isə bu imkanların reallaşma sürətinə birbaşa təsir edir. Yerevanda hakimiyyətə gələn istənilən siyasi qüvvə anlamalıdır ki, qarşılıqlı ərazi bütövlüyünün tanınmasına əsaslanan sülh sazişinin alternativi yoxdur. Prosesi uzatmaq və ya seçki maraqları naminə danışıqları imitasiya etmək cəhdləri yalnız imkanları gecikdirir və regionu inkişafdan məhrum edir”.
Onun sözlərinə görə, Cənubi Qafqaz bu gün tarixi dönüş nöqtəsindədir. Region münaqişə məkanından Avrasiyanın inkişaf edən bir qovşağına çevrilmək ərəfəsindədir. “Lakin bu ssenarinin reallaşması üçün Ermənistandan siyasi iradə və keçmişin ideoloji mirasından qəti imtina tələb olunur. Qarşıdan gələn seçki dövrü əsas suala cavab verəcək: Ermənistan cəmiyyəti sülhü strateji prioritet kimi seçməyə hazırdırmı, yoxsa keçmişin kölgələrinin yenidən gələcəyin gündəliyini müəyyənləşdirməsinə imkan verəcək? Seçim onlardadır, lakin seçkinin nəticələri regionumuzun gələcək onilliklərdəki simasını müəyyən edəcək”,-deyə deputat vurğulayıb.

 Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 Aprel 2026 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see372

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see336

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see286

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see284

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see272

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see267

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see256

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see253

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see251

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see245

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see241

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see230

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see223

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see208

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see190

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see189

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see183

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see183

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see181

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri