Icma.az
close
up
RU
Azər yoxsa Azəri ? Deputat aydınlıq gətirdi

Azər yoxsa Azəri ? Deputat aydınlıq gətirdi

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

“Millət vəkili Səyyad Aranın məsələyə yanaşması stilistika baxımından doğrudur. Bütün sahəvi işlətmələr üçün Azərbaycan sözünün qısadılmış forması kimi “Azər” işlədilirsə, bu, “Azəriqaz”a da şamil olunmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Fazil Mustafa sosial media hesabında yazıb.

O qeyd edib ki, siyasi, elmi və bədii mətnlərimizdə “azəri” sözü də ayrı-ayrı müəlliflər tərəfindən dəfələrlə işlədilib:

“Hətta Xalq şairi Rəsul Rza ötən əsrin 70-ci illərində “Azəri Sovet Ensiklopediyası” nəşr etməyə də qərar vermişdi. Lakin bu cəhd yarımçıq qalmış və onu ensiklopediyanın I cildini alayarımçıq buraxmaqla baş redaktorluqdan uzaqlaşdırmışdılar. Sonralar “Azər xalqı”, “Azəri dili” kimi başlıqlar altında elımi-etnoqrafik nəşrlər də peyda oldu. Ancaq nə “Azər”, nə də “Azəri” xalqı və dilinin elmi baxımdan bizim Azərbaycanla əlaqəsi sübuta yetirilməyib. Kimin işlətməyindən asılı olmayaraq, “azəri” termininin ağlabatan elmi izahı yoxdur. Azərbaycan sadəcə tarixi-coğrafi ərazinin adıdır və onun da fərqli izahları günümüzə qədər verildiyinə görə təkrarlamağa lüzum görmürəm. İlk Böyük Sovet Ensiklopediyasının I cildində (1925) dilimiz Azərbaycan dili və ya azəri dili adlandırılsa da, mənşəcə türk dilləri qrupuna aid edilir. Kiçik Sovet Ensiklopediyasının I cildində (1928) isə bizi Azərbaycan türkləri, Azərbaycan tatarları, yaxud azərbaycanlılar adlandırırlar, ancaq bizi türk-səlcuqların bu ərazini işğalı nəticəsində formalaşan xalq kimi göstərirlər”.

Millət vəkili bildirib ki, Azərbaycan ərazinin adıdır, bu da İran və Rusiya türk aydınları arasında zaman-zaman mübahisə predmeti olub:

“Birincilər bu adın ancaq İran ərazisində olan Azərbaycanı ehtiva etdiyini, quzeyin isə tarixən Arran (Alban) adlandırıldığını yazırdılar. İkincilər isə bu adı vahid etnosun yaşadığı məkan olaraq görürdülər. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda bu cür adın seçilməsinə ən çox İranda yaşayan türk aydınlar etiraz etmişdilər. Azərbaycan xalqı və Azərbaycan dili siyasi terminlərdir. Stalinist siyasətin nəticəsinə Türk və ya Azərbaycan türkü adının dəvşirmə formasıdır. Əslində Azərbaycan adlı bu siyasi vahidin içində böyük çoxluğu türklər təşkil etməklə, ərazidə yaşayan bütün böyüklü-kiçikli xalqlar “azərbaycanlı” adlandırılmaqdadır.  Azər xalqı və ya Azəri xalqı və dili haqqında ciddi elmi bilgilər olmasa da, qədim Azərbaycan ərazisində yaşamış etnik elementlərdən birinə aid olması mümkündür. Bütün hallarda bu tanıtımın biz türklərə aidliyi yoxdur və illərdir süni konstruksiya ilə bunu sübut etməyə çalışanlar hansısa ciddi elmi nəticə ortaya qoya bilməmişlər.

Azərbaycan dili isə təmiz türk dilidir və ya türk dilinin mühüm qollarından biridir və əslində bu ad da elmi deyil, siyasi yanaşmanın məhsuludur. Azərbaycan xalqı deyəndə mütləq çoxluğu türklərin təşkil etdiyi bütün etnik mozaikanın içinə alan siyasi bir təşəkkül başa düşülür. Azərbaycan dili deyəndə isə Azərbaycan xalqının rəsmi dövlət dili olan Türk dili və ya Türk dillərinin mühüm qolu nəzərdə tutulur. Açıq ifadə etsək, əslində indiki müstəqillik dönəmimizdə biz siyasi təşəkkülümüzün sabitliyi və dövlətimizin bütövlüyü üçün etnik mənsubiyyəti siyasi kimliklə uzlaşdırmağa loyal yanaşmışıq”.

Qeyd edək ki, bundan əvvəl Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Səyyad Aran “Azəri” sözünün Azərbaycanla heç bir əlaqəsinin olmadığını bildirmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Yanvar 2026 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri