Icma.az
close
up
RU
Deputat: Sosial şəbəkələrdə mənəvi dəyərlərə zidd davranışın yayılmasının şahidi oluruq

Deputat: Sosial şəbəkələrdə mənəvi dəyərlərə zidd davranışın yayılmasının şahidi oluruq

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sosial şəbəkələrdə cəmiyyətin mənəvi dəyərlərinə zidd olan davranış nümunələrinin yayılmasının şahidi oluruq.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Nigar Məmmədova bildirib.

Deputat deyib ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən dəyişiklik cəmiyyətimizin təməlini təşkil edən dəyərlərin qorunmasına xidmət edir: “Son illərdə informasiya məkanında, xüsusilə sosial şəbəkələrdə cəmiyyətin mənəvi dəyərlərinə zidd olan davranış nümunələrinin yayılmasının şahidi oluruq. Onlar cəmiyyətin üzləşdiyi yeni çağırışların, xüsusilə də sürətlə dəyişən informasiya mühitinin yaratdığı risklərin nəticəsidir. Bu gün gənclər təkcə ailədən və məktəbdən deyil, əsasən sosial şəbəkələrdən “tərbiyə alırlar”. Qısa videolar, trend adlanan davranışlar, baxış sayı uğrunda aparılan yarış gənclərin düşüncə tərzini formalaşdırır. Təəssüf ki, bu tendensiyaların bir hissəsi aqressiyanı, laqeydliyi, məsuliyyətsizliyi və əxlaqa zidd davranışları norma kimi təqdim edir.

Yeni bir təhlükəli yanaşma formalaşıb: “hamı edirsə, deməli, normaldır”. Gənclər bəzən düşünmürlər ki, bu paylaşımların arxasında diqqət cəlb etmək, reytinq toplamaq və əksər hallarda da kommersiya maraqları dayanır. Sosial şəbəkələrin alqoritmləri isə məhz bu cür qalmaqallı və sərhədsiz məzmunu daha sürətlə yayır. Bu cür sosial dəyərlər, daha doğrusu, dəyərsizləşmə uşaqlar və yeniyetmələr üçün çox təhlükəlidir. Çünki formalaşmaqda olan düşüncə bu davranışları həyat modeli kimi qəbul edir. Nəticədə ailə anlayışı zəifləyir, hörmət anlayışı itir, məsuliyyət isə arxa plana keçir”.

Nigar Məmmədova gənclərin gələcəyimiz olduğunu vurğulayıb: “Sabah ailə quracaq, valideyn olacaq, cəmiyyətin əsas dayağına çevriləcək insanlar məhz onlardır. Ailə institutunun və sağlam gələcəyin qorunması isə bu gün düzgün nümunələrin təbliğindən başlamalıdır. Burada dil məsələsi də xüsusi əhəmiyyət daşıyır. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də düşüncə formasıdır. Dilin təhrif olunması davranışın, münasibətlərin və dəyərlərin təhrif olunmasına gətirib çıxarır. Gənclər bunu görərək böyüyür və bunu norma kimi qəbul edirlər.

Məhz buna görə də bu dəyişikliklər vaxtında atılmış addımdır. Məqsəd cəzalandırmaq deyil, qorumaqdır. Məqsəd qadağa deyil, sağlam informasiya mühiti yaratmaqdır. Biz bu gün milli-mənəvi dəyərləri — ailəni, hörməti, məsuliyyəti qorumasaq, sabah gec ola bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Dekabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see274

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see231

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see217

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see196

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see193

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see179

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see155

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see147

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see143

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see141

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see140

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri