Icma.az
close
up
RU
Deputat sosial şəbəkələrdə təhqirə görə cəzalarla bağlı təklif VERDİ

Deputat sosial şəbəkələrdə təhqirə görə cəzalarla bağlı təklif VERDİ

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" təqdim olunan Qanun layihəsi normativ-hüquqi bazanın müasir çağırışlara uyğunlaşdırılması, hüquqi tənzimləmədə sistemli yanaşmanın təmin edilməsi və ictimai münasibətlərin daha dəqiq və effektiv tənzimlənməsi baxımından mühüm və təqdirəlayiq təşəbbüsdür.

Layihədə nəzərdə tutulan dəyişikliklər həmçinin, internet informasiya ehtiyatında və informasiya-telekommunikasiya şəbəkəsində ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, əxlaq normalarına və milli-mənəvi dəyərlərə uyğun olmayan davranışların qarşısının alınmasına yönəlmiş hüquqi mexanizmlərin gücləndirilməsini nəzərdə tutur ki, bu da xüsusilə gənclərin və yeniyetmələrin zərərli informasiyalardan qorunması baxımından aktual və zəruridir. Müasir sosial şəbəkə mühitində qeyri-etik məzmunun sürətlə yayılması nəzərə alınmaqla, inzibati məsuliyyət tədbirlərinin dəqiqləşdirilməsi ictimai davranış normalarının möhkəmləndirilməsinə və sağlam mənəvi mühitin qorunmasına xidmət edir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Vasif Qafarov bildirdi.

Onun sözlərinə görə, bununla yanaşı, qanun layihəsinin gələcəkdə düzgün, ədalətli və vahid şəkildə tətbiq olunmasını təmin etmək məqsədilə bəzi texniki və məzmun xarakterli məqamların dəqiqləşdirilməsi zəruridir.

"Belə ki, layihədə internet mühitində ictimai mənəviyyatın qorunmasına dair müddəaların tətbiqi zamanı hüquqi müəyyənliyin təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Layihədə istifadə edilən “ictimai mənəviyyatı təhqir edən”, “cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər”, “əxlaqsız ifadələr”, “milli-mənəvi dəyərlərə zidd” kimi anlayışlar geniş və şərhə açıq olduğundan, onların normativ izahlarda və ya əlavə qaydalarda daha aydın və konkret şəkildə açıqlanması məqsədəuyğun olardı.

Bu yanaşma bir tərəfdən qanunun subyektiv tətbiqinin qarşısını alar, digər tərəfdən isə vətəndaşların, media subyektlərinin və sosial şəbəkə istifadəçilərinin hansı hallarda məsuliyyət yarandığını əvvəlcədən bilməsinə imkan verər. Bu fərqləndirmənin normativ izahlarda açıq şəkildə göstərilməsi qanunun ifadə azadlığı ilə balanslı şəkildə tətbiqinə xidmət edər.

Digər tərəfdən, inzibati məsuliyyətin mahiyyətinin yalnız cəzalandırma deyil, həm də qabaqlayıcı və tərbiyəvi xarakter daşıdığını nəzərə alaraq, hesab edirəm ki, ictimai mənəviyyata zidd məzmunla bağlı pozuntular üzrə ilk dəfə törədilən hallarda inzibati tənbeh kimi xəbərdarlıq tədbirinin tətbiq edilməsi, yalnız eyni xarakterli pozuntunun təkrar törədilməsi halında cərimə və digər inzibati sanksiyaların tətbiq olunması daha ədalətli və proporsional yanaşma olardı", - deyə V.Qafarov əlavə etdi.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Dekabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see274

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see231

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see217

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see196

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see193

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see179

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see155

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see147

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see143

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see141

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see140

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri