Icma.az
close
up
RU
Deputat: TDT çoxşaxəli əməkdaşlıq mexanizmləri ilə mühüm geosiyasi aktor kimi formalaşmaqdadır

Deputat: TDT çoxşaxəli əməkdaşlıq mexanizmləri ilə mühüm geosiyasi aktor kimi formalaşmaqdadır

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 8 oktyabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatı bu gün müasir beynəlxalq münasibətlər sistemində sürətlə artan nüfuzu, çoxşaxəli əməkdaşlıq mexanizmləri və ortaq dəyərlərə əsaslanan birliyinin gücü ilə mühüm geosiyasi aktor kimi formalaşmaqdadır. Türk dünyasının inteqrasiyasını hədəfləyən təşkilat qardaş xalqlar arasında siyasi, iqtisadi, hərbi, humanitar və mədəni əlaqələrin daha da dərinləşməsinə xidmət edən strateji platformadır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı söyləyib.

Deputat bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündəki çıxışında təşkilatın sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşdığını bildirdi. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın təşəbbüsləri və fəal diplomatik səyləri təşkilatın qlobal miqyasda daha təsirli beynəlxalq təsisata çevrilməsinə mühüm töhfə verir.

“Bu gün qlobal müstəvidə artan gərginliklər Türk Dövlətləri Təşkilatının vahid güc mərkəzi kimi formalaşmasını şərtləndirir. Bu xüsusda, dövlətimizin başçısının təklif etdiyi kimi, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi üzv ölkələrin təhlükəsizliyi, sülh və sabitlik baxımından olduqca zəruridir”, - deyə Mircəlil Qasımlı vurğulayıb.

Bu il Vətən müharibəsində qazanılan tarixi Qələbənin 5-ci ildönümünün qeyd olunduğunu söyləyən deputat bildirib ki, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin bərpası eyni zamanda regionda dayanıqlı sabitliyin, inkişafın və əməkdaşlığın əldə olunması baxımından da böyük önəm kəsb edir. Cari ilin avqustunda Amerika Birləşmiş Ştatlarında Azərbaycan ilə Ermənistan arasında Sülh Sazişinin paraflanması, ATƏT-in Minsk qrupunun ləğvi və Zəngəzur dəhlizinin açılması ilə bağlı əldə olunan razılaşmalar regional əməkdaşlıq üçün mühüm imkanlar vəd edir.

“Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olan Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır. Bu xüsusda Zəngəzur Dəhlizi Şərq-Qərb, Şimal Cənub istiqamətlərində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir”, - deyə Milli Məclisin deputatı qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see177

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see169

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see148

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see139

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see132

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see130

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri