Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Deputat üçün acı həqiqət: “Miskin günə qalmışıq”

Deputat üçün acı həqiqət: “Miskin günə qalmışıq”

Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.

Razi Nurullayev Milli Məclisdə çağırış etdi: “Biz parçalayıcı, damğalayıcı və nəticəsiz siyasətin köhnə libasını çıxarıb atmalıyıq”

Milli Məclisin bu gün keçirilən iclasında deputatlar 10 məsələni müzakirə ediblər. Gündəliyin məsələlərinə keçməzdən əvvəl millət vəkilləri cari məsələlərlə bağlı fikirlərini səsləndiriblər.

Spiker Sahibə Qafarova çıxışında xatırladıb ki, sabah Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür: “Möhtərəm İlham Əliyev fəaliyyətinin miqyasına və əhəmiyyətinə görə milli tariximizdə müstəsna yeri olan siyasi və dövlət xadimidir. Eyni zamanda, o dünya siyasətinin ən tanınmış və nüfuzlu şəxsiyyətlərindən biridir. Müasir Azərbaycanın dinamik iqtisadiyyata malik olan, regional və qlobal proseslərdə önəmli rol oynayan bir dövlət kimi inkişaf etməsi Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti ilə bağlıdır”.

“Ölkəmizin xoşbəxt gələcəyi cənab İlham Əliyevin əzmlə davam etdirdiyi quruculuq və inkişaf strategiyası ilə bağlıdır”

Spiker qeyd edib ki, məhz Prezidentin fenomenal liderlik məharəti, strateji baxışı, əzmi və cəsarəti sayəsində Azərbaycan sabitlik və quruculuq məkanına çevrilmiş, dövlətimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir: “Son 22 ildə möhtərəm cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən strateji xətt Ulu Öndər Heydər Əliyevin siyasi kursunu yeni dövrün şəraitinə və qlobal transformasiyaların tələblərinə uyğunlaşdırmağa imkan vermişdir.  Möhtərəm İlham Əliyevin dövlət maraqlarımızın qorunmasında prinsipial, qətiyyətli və ardıcıl fəaliyyəti Azərbaycanı beynəlxalq birliyin önəmli bir üzvünə çevirmişdir. Prezident İlham Əliyevin tarixi xidmətlərindən biri də dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasıdır. Onun rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında əldə edilən tarixi qələbələr sayəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması  ölkəmizin inkişafında yeni mərhələ açmışdır. Möhtərəm cənab Prezidentin sülh diplomatiyasının təntənəsi olan Vaşinqton razılaşmaları milli maraqlarımızın təmin edilməsi yolunda növbəti böyük uğur olmuşdur. Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Donald Trampın vasitəçiliyi ilə əldə edilən bu razılaşmalar bizim ölkəmiz və bütün Cənubi Qafqaz regionu qarşısında sülh, sabitlik və əməkdaşlığı təcəssüm etdirən yeni üfüqlər açmışdır”.

“Ölkəmizin davamlı iqtisadi inkişafı xalqımızın və dövlətimizin rifahına yönələn möhtəşəm layihələri reallaşdırmağa imkan verir. Möhtərəm cənab Prezidentin rəhbərliyi ilə Qarabağın və Şərqi Zəngəzurun simasını dəyişən nəhəng quruculuq işləri sürətlə həyata keçirilir. Məcburi köçkün soydaşlarımız mərhələ-mərhələ ata-baba yurdlarına dönürlər. Ölkəmizin xoşbəxt gələcəyi cənab İlham Əliyevin əzmlə davam etdirdiyi quruculuq və inkişaf strategiyası ilə bağlıdır. Əminliklə söyləmək olar ki, möhtərəm Prezidentin rəhbərliyi ilə Azərbaycan qarşıdakı illərdə yeni nailiyyətlərə imza atacaq, dünyanın sayılıb-seçilən dövlətləri sırasında öz yerini daha da möhkəmləndirəcək. Hörmətli həmkarlar, təklif edirəm ki, doğum günü münasibəti ilə möhtərəm Prezidentimizə Milli Məclis adından təbrik məktubu ünvanlayaq və Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi naminə dəyərli fəaliyyətində ona böyük uğurlar arzulayaq”, - deyə qeyd edib.

“Tarix belə liderləri dövrün adı ilə yadda saxlayır: Ruzvelt dövrü. Çörçill dövrü. İlham Əliyev dövrü”

“Liderin tarixdə yeri təkcə öz xalqının ona verdiyi qiymətlə ölçülmür. Əsl meyar başqa millətlərin, o cümlədən digər dövlət başçılarının ona münasibəti ilə müəyyənləşir. İşğal dövründə İlham Əliyevə ünvanlanan təbriklərdə “sabitlik”, “regional əməkdaşlıq”, “enerji tərəfdaşlığı” kimi ehtiyatlı və neytral diplomatik terminlərdən istifadə olunurdu. İndi eyni dünya liderləri İlham Əliyevi “yeni geosiyasi reallıqların memarı”, “qalib Prezident”, “regional nizamın qurucusu və strateq” kimi təqdim edirlər. Təbriklərin dili dəyişib. Çünki dövlətimizin siyasi çəkisi artıb və liderin qalib statusu dünyada təsdiqlənib. Tarix belə liderləri dövrün adı ilə yadda saxlayır: Ruzvelt dövrü. Çörçill dövrü. İlham Əliyev dövrü”. Bu sözləri isə deputat Zahid Oruc deyib.

Millət vəkili qeyd edib ki, “o birinci katibin övladı, imperiyanın üçüncü adamının oğlu, Prezidentin siyasi varisi olmasına baxmayaraq, sadə xalqın arzularının daşıyıcısı, əli qabarlı insanların ümidlərinin ifadəçisi” oldu: “İlham Əliyev yüz illərin “kimdir günahkar”, dilemmasını tariximizdən sildi, nəsillərarası  günahı sonlandırdı. İndi sabahın övladlarına işğal və soyqırımlar deyil, qalibiyyət miras edirik. Artıq başqa xalqların qələbələrinə həsədlə baxmırıq. 1990-cı illərdə Rusiya qoşunlarının ölkəmizdən çıxarılmasını nailiyyət kimi təqdim edənlər, o zaman dövlətin zəifliyi nəticəsində həmin qüvvələrin 20 faizlik torpaqlar üzərində, faktiki ərazilərimizdən heç yerə getmədiyini etiraf etmirlər”.

“İndi İrəvanın və Tiflisin taleyi Bakıda həll olunur!”

Z.Oruc qeyd edib ki, 2024-cü ildə rus hərbi kontingentinin müharibəsiz, itkisiz və Bakı tərəfindən müəyyən edilən qrafiklə, vaxtından bir il əvvəl torpaqlarımızı tərk etməsi 1-ci Pyotrdan sonra Qafqazda tək nümunədir: “İlk dəfədir, xarici hərbi qüvvələr qalib və suveren dövlətin siyasi iradəsi ilə çıxarılır. Bir vaxtlar İkinci Dünya müharibəsindəki qəhrəmanlığımızdan danışarkən deyirdik:  “Azərbaycan oğulları Qafqazdan Berlinə qədər şərəfli yol keçib”. Lakin 30 il öz torpaqlarımıza gedə bilmirdik. Biz indi istənilən Avropa paytaxtına Zəngilandan, Füzulidən uça bilirik. Torpaqlarımız kimi, hava məkanımız da azaddır. Müharibədən sonrakı dövrün qəhrəmanı artıq fəhlədir, iş icraçısıdır, layihə rəhbəridir. Yeni Vətən quran bənnanın da, dağları aşan elektrik ustasının da, su çəkən mühəndisin də mülki Ali Baş Komandanı odur”.

“İndi hərbi taborları tikinti və inşaat batalyonları əvəzləyir. İlham Əliyev Qarabağda təkcə infrastruktur qurmur, dünyaya mesaj verir - biz qayıtmışıq, özü də əbədi dönmüşük və yalnız binalar tikmirik, həm də siyasi gələcəyimizi inşa edirik. O İrəvanda kilsə, dövlət və diaspora üçlüyünə söykənən dini-siyasi ayinləri də sülh duaları ilə əvəzlətdirib. Azərbaycan liderləri Qafqazda zəif olanda, həmişə torpaq və sərvət itiriblər. İndi İrəvanın və Tiflisin taleyi Bakıda həll olunur! Qələbənin simvoluna çevrildiyi üçün, İlham Əliyevə ünvanlanan təbriklər artıq protokol deyil, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verilən  beynəlxalq siyasi qiymətdir”, - Z.Oruc əlavə edib.

Deputat: “Azərbaycan iqtisadiyyatı 22 ildə 4 dəfə böyüyüb”

Millət vəkili Vüqar Bayramov bildirib ki, Azərbaycan dövlət başçısı İlham Əliyevin 22 illik prezidentlik dövründə Azərbaycan iqtisadiyyatı 4 dəfə böyüyüb: “Bu müddətdə qlobal ümumi daxili məhsul 39.3 trilyon dollardan 113.8 trilyon dollaradək artıb. Yəni, dünya iqtisadiyyatında 2.9 dəfə artım qeydə alınıb. Bu isə o deməkdir ki, həmin müddətdə Azərbaycan iqtisadiyyatında artım faizi qlobal inkişaf dinamikasını ən azı 100 faiz bənd üstələyib”.

Deputat qeyd edib ki, həmin müddətdə Azərbaycanın xarici ticarət dövriyyəsi 11 dəfə artıb. Qlobal ticarət dövriyyəsi isə sözügedən arada 9.14 trilyon dollardan 33.0 trilyon dollaradək yüksəlib. Yəni, həmin müddətdən qlobal ticarət 3.6 dəfə artıb. Deməli, Azərbaycan ticarət dövriyyəsi son 22 ildə qlobal ticarət ilə müqayisədə 3 dəfə bənd daha çox artıb: "Fiskal gəlirlərimiz və eləcdə qeyri-resurs ÜDM-dəki artım faizləri də yüksək artım faizləri ifadə olunur. Bu isə ondan xəbər verir ki, son 22 ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi Azərbaycan iqtisadiyyatındakı və eləcə də digər makro-iqtisadi göstəricilərdəki artım faizi qlobal orta artım faizlərini üstələyib".

“Əli Kərimlinin siyasəti bir qızıl qayda üzərində qurulub: ya mənimlə olacaqsan, ya da mən səni satqın elan edəcəyəm!”

“Bu gün acı bir həqiqəti danışmaq üçün çıxışa yazılmışam. Biz illərdir bu ölkənin hər küncündə ədalət üçün səs qaldırdıq. Amma bu mübarizədə elə bir siyasətçi var ki, o yalnız iqtidarı yox, bütün müxalifəti, bütün dostları özünə düşmən elan etdi”. Bu sözləri isə deputat Razi Nurullayev səsləndirib. Millət vəkili deyib ki, söhbət illərdir siyasətin zirvəsində dayanmağa çalışan, 1980-ci illərdən bəri fəaliyyət göstərən, lakin əlində nə bir qələbə, nə də bir dostluq əli qalan şəxsdən - AXCP sədri Əli Kərimlidən gedir: “Həbs edildiyi anda ölkədə heç bir siyasi təşkilat onu müdafiə etmədi. Beynəlxalq qurumlar və səfirliklər belə susdu. Bir Avropa Parlamenti nəsə dedi. Bu, bir insanın siyasətdəki ən böyük faciəsidir: kütləvi təkliyin fəlsəfəsi. Bütün fəaliyyəti boyu o, birləşdirməyə deyil, damğalamağa üstünlük verdi. O digər müxalif qüvvələri, bütün digər partiyaları – siyasi prosesin iştirakçısı deyil, özünün siyasi saflıq hekayəsinin fonu hesab etdi. Nəticə etibarı ilə müxalifətin hər bir tərəfində yandırılmış körpülər qaldı. O siyasi rəqiblərinə "satqın" damğası vurmaqla əslində öz gələcək təcridinin sənədini imzalayırdı. Əli Kərimlinin siyasəti bir qızıl qayda üzərində qurulub: ya mənimlə olacaqsan, ya da mən səni satqın elan edəcəyəm!”.

“Bu miskinliyin ideya və yaradıcı müəllifi AXCP sədri Əli Kərimlidir”

“Əli Kərimli ona və onun kimi prinsipial, konstruktiv yöndə siyasət aparan siyasətçilərə dəfələrlə "satqın" damğası vurmağa çalışıb. O elə bir abu-hava yaradırdı ki, guya ondan başqa bu ölkədə xalqın dərdinə yanan yoxdur. Onilliklər boyu belə davranış müxalifəti aciz duruma saldı. Necə ola bilər ki, 10 illərlə eyni ideallar uğrunda mübarizə aparan yoldaşlarını satqın adlandıraraq təkliyə məhkum olasan?! Bu siyasət nəticə vermədi! Hələ də 80-ci illərin şüarları ilə qaldıq. Nə bir ciddi islahat, nə bir vahid cəbhə, nə də yeni bir strategiya! İllərdir süfrədə eyni soyuq yemək var, çünki özünü baş aşpaz adlandıran şəxs yeni resept axtarmaq istəmirdi və axtaranları da satqın adlandırırdı. Müxalifət bu gün təcridxanada deyil, təcrid olunmuş siyasətin içindədir!”, - deyə vurğulayıb.

R.Nurullayev vurğulayıb ki, bizə yeni siyasət lazımdır, amma etik, hörmətli və nəticəyönümlü siyasət və birlik: “Biz bir-birimizi satqın adlandıra-adlandıra miskin günə qalmışıq. Bu miskinliyin ideya və yaradıcı müəllifi AXCP sədri Əli Kərimlidir və bu gün nə yaxşı ki, o Azərbaycan siyasətindən silinmək üçün son çabalarını göstərir. Biz parçalayıcı, damğalayıcı və nəticəsiz siyasətin köhnə libasını çıxarıb atmalıyıq. Əgər lider deyilən şəxs hər kəsi satqın adlandırırsa, sonunda özü tək qalacaq və bu təkliyin məsuliyyətini də yalnız özü daşıyacaq. Mən Milli Məclis tribunasından xalqımıza müraciət edirəm: Azərbaycan müxalifəti bu gün kimin "daha təmiz" olduğunu sübut etmək üçün yox, dövlət və xalq üçün işləmək həvəsindədir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:237
embedMənbə:https://ayna.az
archiveBu xəbər 23 Dekabr 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see627

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see299

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see289

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see277

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see271

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see250

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see249

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see243

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see238

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see230

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see227

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see214

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see203

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see202

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see202

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see201

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see194

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see187

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see187

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri