Icma.az
close
up
RU
Avropanın miskin durumuna ağlamaq...

Avropanın miskin durumuna ağlamaq...

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Saxtakarlıq göz yaşları ilə yuyulacaqmı?

Münxen Təhlükəsizlik Konfransının (MTK) rəhbəri Kristof Housgen toplantının builki bağlanış mərasimində çıxış edərkən, göz yaşlarına hakim ola bilməyib ağladı. Cənab Housgen bunu belə əsaslandırdı: “Konfrans Transatlantik missiya funksiyası daşısa da, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin çıxışından sonra iştirakçı dövlətlər arasında dəyər bazasının ümumi olmamasına görə narahatlıq keçirib.

Qeyd edək ki, C.Vens MTK-da çıxışı zamanı Avropanı, necə deyərlər, yıxıb sürüdü. Bildirdi ki, qitə özünün yaratdığı böhranla üz-üzədir. Böhranı şərtləndirən Avropanın seçicilərindən qorxmasıdır və bu vəziyyətdə qitə ABŞ üçün də faydasızdır. “Avropa problemlərlə üz-üzədir. Lakin qitə indi üzləşdiyi böhranı özü yaradıb. Öz seçicilərinizdən qorxursunuzsa, Amerikanın sizə təklif edəcəyi heç nə yoxdur, eləcə də sizin məni və prezident Trampı seçən Amerika xalqına təklif edə biləcəyiniz heç bir şey yoxdur. Önümüzdəki illərdə mühüm işlər görmək üçün sizin demokratik mandata ehtiyacınız var”, – deyən Vensin sözlərindən belə nəticə hasil olub ki, Avropa dövlətləri ABŞ-ın gözündə bəraət almaq üçün öz vətəndaşlarına qarşı daha həssas olmalıdırlar. Hər halda, dünyaya demokratiya dərsi deyən qitə liderlərini hələ belə danlayan olmamışdı. Görünür, danlaqdan nəticə çıxaran ancaq Housgendir.

Əlbəttə, Vensin bu fikirlərindən sonra K.Housgen necə ağlamasın? Necə deməsin ki, 2025-ci ildə keçirilən forum Avropanın kabusuna çevrilib? Ancaq cənab Housgenin fikrini əsaslandırmaq üçün gətirdiyi arqumentlər bir o qədər yerinə düşmür. Məsələn, o deyib ki, builki MTK aydınlaşdırıcı xarakter daşıdı. Çünki C.Vensin çıxışından sonra Birləşmiş Ştatlar Prezidenti Donald Trampın rəhbərliyi altındakı hazırkı Amerikanın başqa planetdə yaşadığı qənaətinə gəlib: “Biz onu da müşahidə etdik ki, hətta, respublikaçı senatorlar da prezidentlərindən qorxduqları üçün ictimaiyyət qarşısında çıxışlarında çox diqqətli olurlar”.

Sual olunur: Tramp Amerikası başqa planetdə yaşayırsa, Housgen nə üçün ağlayır? Bəlkə o, Avropanın özünün müstəqil şəkildə yaşaya bilməməsi səbəbindən belə kövrəlib? Sualımız ritorikdir, cavab məlumdur. Housgen Amerikasız Avropanın gününə ağlamaqla məşğuldur. Çünki durum acınacaqlıdır. Vensə gəldikdə, əslində, onun demək istədiyi başqa idi. ABŞ-ın vitse-prezidenti, faktiki olaraq, bildirdi ki, Avropa Birləşmiş Ştatların qucağında otura-otura özü üçün müqəddəslik uydurmamalıdır. Əgər “köhnə qitə” nəyisə müqəddəs hesab edirsə, buyurub Amerika olmadan məqsədinə doğru getməlidir. Məqsəd barədə isə söz açacağıq.

Bəli, Vens onu da demək istəmişdi ki, Avropanın İkinci Dünya müharibəsindən sonra ABŞ-ın hesabına kef eləmək dövrü geridə qalıb. Yəni Amerika “Köhnə qitə”yə olan borcunu artıqlaması ilə ödəyib. Borc o idi ki, Avropa Hitler Almaniyası ilə müharibə meydanına çevrilmişdi, ABŞ isə hərbi əməliyyatlardan kənarda qalmışdı. Əlbəttə, Vens deyə bilməz ki, Amerikaya Avropa SSRİ qarşısında duruş gətirməsi üçün lazım idi. Yəni Birləşmiş Ştatlar əlini cibinə elə-belədən salmamış, “qırmızı təhlükə”yə qarşı sipər formalaşdırmışdı.

Ancaq Prezident Tramp indi deyir ki, ABŞ pulu ona görə xərcləmir ki, avropalılar kef içində yaşasınlar. Ən əsası isə Vaşinqton hazırda Birləşmiş Ştatların pulu ilə Rusiyaya qarşı döyüşməyi yolverilməz saydığını açıqlayır. Təxminən belə: Rusiya ilə mübarizə aparmaq istəyirsinizsə, bunu özünüz edəcəksiniz, kəmərləri bərkitmə zamanı çatıb. Avropada isə obrazlı desək, belinə kəmər bağlayanlar, demək olar, qalmayıb. “Köhnə qitə” Tramp administrasiyasının təlqin etdiyi dəyərlərdən uzaq durumdadır. Dəyərlərdən uzaq düşmüş Avropanın uydurduğu müqəddəslik isə Ukraynadır.

2022-ci ildən bu yana Ukrayna böhranı – Rusiyaya qarşı müharibə gedir. Doğrudur, Tramp bu müharibəni özündən əvvəlki Co Bayden administrasiyasının da fatal səhvi adlandırır. Amma sual yaranır: Tutalım, Baydenin ağlı özündə deyildi, bəs Avropaya nə olmuşdu ki, Rusiyaya qarşı cəbhə açırdı? Nə üçün Avropa Birləşmiş Ştatların sabiq hakimiyyətin dirijor çubuğu ilə oturub-dururdu? Əlbəttə, Avropanın başqa çıxış yolu yox idi. Onun özü üçün Rusiyaya qarşı müharibə müqəddəsliyi uydurması labüd prosesə çevrilmişdi. Ancaq zəiflik nöqsana haqq qazandırmır.

Bəli, Avropanın yol verdiyi ən böyük nöqsan Bayden administrasiyasının qızışdırdığı Rusiya – Ukrayna müharibəsində yer almaq idi. Ancaq məsələ təkcə Baydendə də deyil. Çünki “soyuq müharibə” başa çatandan və SSRİ süquta uğrayandan sonra kollektiv Qərbin başlıca hədəfi Rusiya olmuşdu. Daha doğrusu, ölkəni parçalamaq. Avropa da böyük həvəslə bu oyunda yer almışdı. Ukrayna böhranına gəldikdə, o, “köhnə qitə”nin anti-Rusiya köklənişinin kulminasiyasına çevrildi. Bir qədər də konkret ifadə etsək, yağ-bal içində yaşayan və daim Amerikanın əlinə baxan Avropa hesab etmişdi ki, Rusiyaya qarşı dirəniş göstərmək komfortlu yaşayışın mükafatıdır. Dirəniş isə dirəniş deyil, böyük ölçüdə “oyun” idi. Cənab Vens, əslində, MTK-dakı çıxışında bunu dedi, K.Housgen isə uydurulmuş “müqəddəsliyin ölməsi” üçün ağladı.

Bəli, K.Housgen bildirib ki, Avropa Ukrayna üzrə mümkün sülh danışıqları baş verəcəyi təqdirdə birləşməlidir. “Biz daha çox güc nümayiş etdirməliyik”, – deyən Kristof onu da əlavə edir ki, Avropa təkcə Ukrayna ilə bağlı danışıqlar masasına oturmamalı, eyni zamanda, onunla əlaqədar təhlükəsizlik planını hazırlamalıdır. Görəsən, söhbət hansı plandan gedir? Ümumən, Avropanın Fransa prezidenti Emmanuel Makron başda olmaqla, bəzi liderləri elə danışırlar ki, sanki Ukrayna müharibəsi qitənin təhlükəsizliyini təmin etmək üçün idi. Görünür, uydurduqları saxta müqəddəsliyə əməlli-başlı inanıblar. O zaman sual olunur: müharibəyədək Avropa təhlükəsiz deyildi? Bəlkə Rusiya qitəni təhdid edirdi? Bunların heç biri yox idi. Rusiya da böyük ölçüdə öz qınına çəkilmişdi.

Ümumən, 1998-ci ildən bəri Moskva bəyan edirdi ki, Qərb onun sərhədlərinə doğru yaxınlaşmasın. Amma buna məhəl qoyulmurdu. Məhəl qoyulmur və Qərb eyni klişeləri təkrarlayıb dururdu – Rusiya avtoritardır, tirandır, anti-demokratikdir. Təzada baxın, bu gün Vens bildirir ki, “Köhnə qitə” demokratik dəyərlərdən uzaq düşüb, Avropada söz azadlığı boğulur. Deməli, anti-Rusiya köklənişinin motivlərində də saxtakarlıq olub. Nəzərə alaq ki, saxtakarlıq ümumən Avropa düşüncə tərzinin əsasını təşkil edib. K.Housgen, əslində, buna görə ağlamalıdır. Ancaq onun göz yaşlarına qərq olmasının başqa səbəbi də var.

Anti-Rusiya ritorikasının episentrində dayanmış Avropa çıxılmaz durumdadır. Qitənin liderləri düşünürlər ki, Vladimir Putin Rusiyası onlara Ukrayna müharibəsi fonunda çıxardıqları oyunları bağışlamayacaq. Bir halda ki, ABŞ müharibəyə dəstəyini dayandırır, o zaman Avropa, faktiki olaraq, Rusiya ilə baş-başa qalır. Özü də müharibədən, demək olar, qalib çıxmış, üç il ərzində çəkdiyi əziyyətlərə görə əsəbi halda olan Rusiya ilə. Deməli, K.Housgen bilir nə üçün göz yaşı tökmək lazımdır.

Əlbəttə, Rusiya – Ukrayna müharibəsinin bundan sonra hansı şəkil alacağını, Avropanın necə mövqe tutacağını birmənalı şəkildə demək çətindir. Görünən budur ki, qitə özü ayrılıqda Rusiyaya qarşı dirəniş göstərmək istəyir. Amma nə ilə? Hansı resursla? Bu kimi suallar, eləcə də Ukraynanın taleyinin necə olacağına dair müəmmalar qalsa da, hesab edirik ki, yaxın vaxtlarda bir çox məsələlərə aydınlıq gələcək.

Ancaq Rusiya və ABŞ nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında baş tutan danışıqlardan sonra E.Makron da Kreml rəhbəri ilə görüşmək istədiyini açıqlayıb. Belə qənaətə gəlmək mümkündür ki, Avropa, necə deyərlər, tüpürdüyünü yalamağa hazırlaşır. İndi qitə davada döyülmüş və özünü sındırmaq istəməyən uşağa oxşayır. Uşaq üçün onu döyənlə anlaşmaq hansısa mənada məqbul sayılsa da, Avropanın bu duruma düşməsi çox böyük rəzillik və miskinlikdir.

Sonda deyək ki, bugünkü Avropa öz dəyərlərindən uzaqlaşmış zombilər yığını təsiri bağışlayır. Bu zombilər üçün demokratiya, ikili standartlar məqsədə nail olmaq üçün vasitədir. Nəzərə alaq ki, Azərbaycan da “köhnə qitə”nin bir çox aparıcı ölkələrinin belə yolverilməz münasibəti ilə üzləşib. Bu gün Vensin həmin ölkələrə bildirdiklərini Azərbaycan rəhbərliyi illərdir vurğulayır. Rəsmi Bakı illərdir bəyan edir ki, Avropanın siyasi mərkəzləri demokratiyanı siyasi məqsədlərə çatmaq üçün alətə çeviriblər. Bu da son. Həqiqətən, belə bir sonluğa ağlamaq lazımdır.

Əvəz RÜSTƏMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Fevral 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see613

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see516

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see460

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see431

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see344

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see336

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see319

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see257

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see237

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see235

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see220

Bəniz ləqəbli tiktoker 10 il 3 ay müddətinə HƏBS EDİLDİ

06 Avqust 2026 18:43see219

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see204

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see204

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see201

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see200

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see187

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see183

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri