Icma.az
close
up
RU
Deputat vətəndaşların banklara olan borcunu açıqladı

Deputat vətəndaşların banklara olan borcunu açıqladı

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Burada nazirlər tərəfindən gündə 200 yeni iş yerinin açılması qeyd olundu. Amma bilmirik ki, gündə nə qədər insan iş yerini itirir. Açılan iş yerlərinin hansı hissəsi istehsal və emal müəssisələrinin yaradılması hesabınadır. Banklarda vətəndaşların əmanətlərinin artması qeyd olunsa da, nə qədər insanın istehlak və ipoteka kreditlərinin olması barədə məlumat verilmədi. Söhbət 3 milyondan artıq vətəndaşımızın 12 milyard 690 milyon manat borcundan gedir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib. 

Deputat bildirib ki, iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindən çıxarılmalı və özəlləşdirilməlidir: "Dövlət sərhədləri nəhayət açılmalıdır. Xaricdən əmək miqrantlarının yaxınlarına göndərdikləri vəsaitin azalması səbəbindən insanların sosial durumu, xüsusilə kənd rayonlarında xeyli ağırlaşıb. Bir faktı qeyd edim ki, vaxtilə bu rəqəm 3-4 milyard dollar idi. Ötən il ölkəyə bu istiqamətdə 844 milyon manat vəsait daxil olubsa, bu ilin birinci rübündə 85,5 milyon manat daxil olub. Azalma 44,9 faizdir. Bu onu göstərir ki, ünvanlı sosial yardımların verilməsi üçün ayrılan 465 milyon manatalıq vəsait bir neçə dəfə artırılmalıdır. Kənd yerlərində insanlar təsərrüfatla dolana bilmirlər".

Anar Kəlbiyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 Noyabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri