Deputat: Zəfərimizdən sonra dövlət siyasəti Zəngəzur dəhlizinin açılmasına doğru istiqamət götürüb
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
İkinci Qarabağ savaşındakı Zəfərdən sonra Ali Baş Komandan İlham Əliyev Cənubi Qafqazda üç yüz ildir ki, davam edən siyasi mənzərəni dəyişib.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnarə Akimova deyib.
Deputat qeyd edib ki, bu gün dövlət siyasətimizdə Azərbaycanın geopolitik mənzərəsi müasir gerçəklikləri nəzərə almaqla, tarixi reallıqlara istinad edən istiqamətə doğru yol gedir.
“Razılaşmalıyıq ki, bu düşüncəyə qarşı müxalifətdə olmaq mümkün deyil. Onun təftiş edilməsi də xalqın qəbul etməyəcəyi bir haldır. Çünki xalq qazanılmış zəfərin qlobal mahiyyətini dərindən anlayır. Çünki o, bu zəfəri ən azı otuz il gözlədi və bu otuz ildə məğlubiyyətlə heç bir halda razılaşmadı. İdeala doğru gedən yollarımızı bağlayan müxtəlif maneələr nəhayət ki, ortadan qaldırıldı”, - o deyib.
Deputatın sözlərinə görə, İkinci Qarabağ savaşındakı zəfərimizdən sonra davam edən dövlət siyasəti Zəngəzur dəhlizinin açılmasına doğru istiqamət götürüb: “Bu proses dünyada sülh layihəsi kimi anlaşılırsa və bu yolda atılacaq addımların daha davamlı olacağına dair verilən vədlər dövlət başçıları tərəfindən Amerikada paraflanırsa bu, Azərbaycanın apardığı siyasətin böyük milli siyasət olduğundan xəbər verir. Bu, təkcə Azərbaycanın Zəngəzur nahiyəsinə keçidini, Naxçıvana uzanan yollarımızın açılmasını, bir-birindən aralı düşmüş ərazilərimizin qovuşmasını təmin edən xətt deyil, eyni zamanda, türk dünyasını birləşdirən, türk birliyinin reallaşmasını təmin edən yoldur və tarixi taleyimiz bu məqamı siyasi çək-çevir mövzusuna çevirməyi heç kəsə bağışlamaz.
Tarixin elə mərhələsini yaşayırıq ki, milli taleyimiz hamını ümumazərbaycan ideologiyasının ətrafında birləşmək üçün səfərbər olmağa çağırır. Müxalif olmaq zamanı deyil, birlik və bütövlük zamanıdır. Azərbaycan 300 ilə yaxın idi ki, bu siyasi məqamın gerçəkləşməsini gözləyirdi... İndi məhz o məqamın müasirləri və prosesin iştirakçısıyıq. Tarix Azərbaycan dövrünü yaşayır və son üç yüz ildə belə bir dövrün analogiyasını göstərmək sadəcə, mümkün deyil”.
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:76
Baxış sayı:76 Bu xəbər 31 Oktyabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 31 Oktyabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















