Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Deputatdan Medinskiyə cavab: “Azərbaycan kimi ölkənin qədrini bilmək vacibdir”

Deputatdan Medinskiyə cavab: “Azərbaycan kimi ölkənin qədrini bilmək vacibdir”

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin Qarabağla bağlı səsləndirdiyi fikirlər, xüsusilə də bölgəni “bir vaxtlar Ermənistanla Azərbaycan arasında mübahisəli ərazi” kimi təqdim etməsi Azərbaycan cəmiyyətində haqlı olaraq narahatlıq doğurub. 

Çünki bu, yalnız tarixi ədalətsizliyin deyil, həm də beynəlxalq hüquqa zidd ifadədir. Qarabağ heç zaman hüquqi baxımdan mübahisəli ərazi olmayıb: nə BMT sənədlərində, nə Rusiya da daxil olmaqla beynəlxalq birlik tərəfindən tanınan xəritələrdə. 

Azərbaycanın 44 günlük Vətən müharibəsində beynəlxalq hüquqa əsaslanaraq suverenliyini bərpa etdiyi bu ərazilərlə bağlı belə yanlış təqdimatlar yalnız regionda yaranmış yeni reallıqları şübhə altına almağa xidmət edə bilər. Rusiya Xarici İşlər Nazirliyinin Mariya Zaxarova vasitəsilə bu açıqlamanı yumşaltmağa və kontekstdən çıxarılmaması çağırışı isə birmənalı qarşılanmır. Çünki burada əsas məsələ kontekst deyil, səsləndirilmiş ifadənin özü və onun doğuracağı siyasi və informativ nəticələridir. 

Millət vəkili Tural Gəncəliyev "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Rusiya Prezidentinin rəsmi nümayəndəsi Vladimir Medinskinin Azərbaycanın Qarabağ bölgəsini Rusiya-Ukrayna müharibəsi kontekstində yersiz və məntiqsiz şəkildə müqayisə etməsi qəbuledilməzdir. Onun sözlərinə görə, Qarabağ Azərbaycanın beynəlxalq hüquqla, bütün beynəlxalq ictimaiyyətin, hətta Ermənistanın özünün belə Azərbaycan ərazisi kimi tanıması faktı fonunda Medinskinin belə açıqlaması başadüşülən deyil və uğursuz müqayisədir: 

"Medinski Putinin köməkçisi kimi, yaxud şəxsi mövqedən danışsa belə, Qarabağı mübahisəli ərazi kimi təqdim etmək və ya Rusiya-Ukrayna müharibəsi ilə müqayisə etmək bizim üçün qəbuledilməzdir. Medinskinin tarix ixtisası üzrə təhsil alması nəzərə alınaraq, onun beynəlxalq hüququn ən bəsit prinsiplərini düzgün anlamaması təəccüb doğurur. Azərbaycan Xarici İşlər Nazirliyinin aşağı səviyyəli diplomatı belə bu məsələləri Medinskindən daha yaxşı bilir. 

Əgər Medinski bu sadə bazik bilikləri belə düzgün təhlil etmirsə, bu, başadüşülən deyil. Azərbaycan Xarici İşlər Nazirliyi mövzu ilə bağlı gözəl cavab bəyanatı verib, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Qarabağın Azərbaycanın ərazisi olduğunu bir daha təsdiqləyib". 

Millət vəkili qeyd edib ki, Rusiya rəsmiləri, xüsusilə Prezidentin köməkçisi kimi məsuliyyətli vəzifədə olan Medinski gələcəkdə beynəlxalq hüququ, tarixi və siyasi aspektləri düzgün anlamalıdır: 

"Yersiz müqayisələr və təhlillər Azərbaycan-Rusiya münasibətlərində problemlər yarada bilər. Hazırda Ukrayna müharibəsi fonunda Rusiyanın çətin vəziyyətini nəzərə alaraq, rəsmi Moskva öz qonşuları, o cümlədən Azərbaycan kimi konstruktiv və pragmatik ölkələrlə münasibətlərini pozmamalıdır. 

Hazırda Rusiyanın əksər qonşuları ilə münasibətləri gərginlik həddindədir, buna görə Azərbaycan kimi ölkənin qədrini bilmək vacibdir və yersiz müqayisələrə yol verilməməlidir. Əminəm ki, Rusiya bunu nəzərə alacaq. 

Azərbaycan Xarici İşlər Nazirliyinin sərt və məntiqli cavabı da bunu bir daha təsdiqlədi. Eyni zamanda, Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin Qarabağın ölkəmizin ərazisi olduğunu bir daha bəyan etməsi Azərbaycan dövlətinin gücünü və beynəlxalq münasibətlərdə tutduğu mövqeyi göstərir".

Səbinə Uğur 
"Cebheinfo.az"

Açar sözlər: Deputat Medinski Tural Gəncəliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 İyun 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri