Icma.az
close
up
RU
Deputatdan Mirşahinə cavab: Televiziyalara baxmayan insan tərbiyəsiz deyil

Deputatdan Mirşahinə cavab: Televiziyalara baxmayan insan tərbiyəsiz deyil

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər sosial şəbəkələrdə Mirşahin Ağayevin Real TV-də yayımlanan "Media masası" verilişində televiziya ilə bağlı səsləndirilən fikirlər müzakirə olunur.

Tanınmış jurnalist televizora baxmamağı "tərbiyəsizlik" adlandırıb:

"Televizora baxmıram" sözünü deyən adama bilirsiniz necə yanaşmaq lazımdır? Təsəvvürünüzə gətirin ki, oturmuşuq, kiminləsə söhbət edirik. Birdən qayıdıb deyir ki: "Bilirsiniz, yox, mən televizora baxmıram". Bu, tərbiyəsizlik kimi qəbul olunmalıdır, ədəbsizlik kimi qəbul olunmalıdır".

Onun bu fikirləri qısa müddətdə sosial şəbəkələrdə geniş yayılaraq müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev bu fikirlərlə razılaşmadığını bildirib:

"Mirşahin Ağayevin dediyi fikirlə razılaşmıram. Ümumiyyətlə, televizora baxmayan insanı tərbiyəsiz hesab etmirəm. Heç özüm də davamlı olaraq televizora baxa bilmirəm. Amma bu, onun şəxsi mövqeyidir və hər kəsin şəxsi mövqeyinə hörmətlə yanaşmaq lazımdır".

Deputat bildirib ki, əsas məsələ insanların fərqli baxışlarına hörmətlə yanaşılmasıdır:

"Məni daha çox narahat edən başqa məsələdir. Son illər cəmiyyətdə elə bir mühit formalaşıb ki, fərqli fikir səsləndirən kimi həmin adam linç edilir. Elə bil hamı eyni cür düşünməli, eyni cür danışmalıdır. Halbuki sağlam cəmiyyət müxtəlif baxışların olduğu cəmiyyətdir. Razılaşmaq da olar, razılaşmamaq da. Bunun ən normal cavabı əks arqument söyləməkdir, insanı hədəfə çevirmək yox. Əgər hər fərqli fikrə görə insanları qınasaq, təhqir etsək və ya susdurmağa çalışsaq, sabah heç kim səmimi danışmayacaq. Hamı yalnız alqış qazanacaq, tənqid olunmayacaq sözlər seçəcək. Bu isə cəmiyyəti daha yaradıcı və düşünən etmir, əksinə, onu şablonlaşdırır".

R.Nurullayevin sözlərinə görə, fikir plüralizmi demokratik cəmiyyətin əsas prinsiplərindən biridir: 

"Üstəlik, kiminsə dediyi hər fikir qanun və ya dövlət qərarı deyil. Bir nəfər bir mövqe bildirir, başqası ona etiraz edir, üçüncüsü isə tam fərqli yanaşma ortaya qoyur. Demokratik müzakirə də elə bunun üzərində qurulur. Təəssüf ki, bizdə bəzən bəzi açıqlamalar fikir mübadiləsi üçün deyil, kimisə hədəfə gətirmək, sosial şəbəkələrdə kampaniya başlatmaq üçün istifadə olunur. Bu yanaşma sağlam ictimai müzakirəyə xidmət etmir. Ona görə də fikir plüralizmini qorumalıyıq. Razılaşmadığımız fikrə də dözümlə yanaşmağı bacarmalıyıq. Çünki fərqli düşüncələr cəmiyyəti zənginləşdirir, yeknəsəqlik isə nə inkişaf gətirir, nə də azad düşüncə".

Fəridə Əsədzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 13 İyul 2026 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri