DEPUTATDAN TƏKLİF: Kənd təsərrüfatında torpaqların birləşdirilməsi vacibdir
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Deputat Razi Nurullayev kənd təsərrüfatında torpaqların birləşdirilməsi barədə təklif irəli sürüb.
Gununsesi.info bildirir ki, o qeyd edib ki, kənd təsərrüfatının daha səmərəli idarə olunması üçün torpaq sahələrinin birləşdirilərək birgə təsərrüfatlarda fəaliyyət göstərməsi vacibdir:
“Vətəndaşlar öz pay torpaqlarını birləşdirərək iri sahələrdə pambıq, pomidor əkini aparmalı, meyvə bağları salmalıdır. Bu cür birgə təsərrüfatlar məhsuldarlığın artmasına və gəlirin yüksəlməsinə şərait yaradır.
Müvafiq dövlət qurumu bu yanaşmanı qəbul etsə də, hələlik vətəndaşlar öz torpaq paylarını birləşdirməyə tam razılıq göstərmirlər. Bu səbəbdən bəzi hallarda inzibati tənzimləmə tədbirlərinə ehtiyac yaranır ki, vətəndaşlar zərərə düşməsin.
Vətəndaşa aydın şəkildə izah olunmalıdır ki, torpağın fərdi qaydada istifadəsi ilə müqayisədə birgə təsərrüfatda gəlir daha yüksək olur. Məsələn, fərdi şəkildə əldə olunan gəlirin əvəzinə birləşmiş təsərrüfatda gəlir bir neçə dəfə arta bilər. Bu halda vətəndaşlar daha çox qazanc əldə edərək prosesə maraq göstərə bilərlər”.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 20 Aprel 2026 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















