Deputatın oğlu ilə bağlı qalmaqal Atasının hesabına vəzifə verildi?
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə bir sıra məhkəmələrə hakim təyin edilib. Həmin şəxslər arasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadənin oğlu Orxan Əlizadə var.
Belə ki, sərəncama qədər Bakı Ağır Cinayətlər Məhkəməsində katib işləyən O.Əlizadə Xətai Rayon Məhkəməsinin hakimi təyin edilib. Bu xəbər sosial şəbəkə və mediada müzakirə obyekti olub. Bəziləri onun atasının dəstəyi hesabına hakim təyin olduğunu iddia edir.
Bu təyinatda Arzuxan Əlizadənin rolu olubmu?
Globalinfo.az mövzu ilə bağlı deputatla əlaqə yaradıb.
O, oğlunun hakim təyin edilməsində heç bir rolunun olmadığını vurğulayıb:
“Bu məsələdə qətiyyən hər hansı bir dəstəyim olmayıb. Oğlum hüquqşünasdır, ali təhsilini qırmızı diplomla başa vurub. Bir neçə il əvvəl prokurorluq orqanlarına qəbul imtahanında iştirak edib və ən yüksək nəticə göstərib. Sonrakı mərhələdə isə nəticə alınmayıb. Daha sonra dövlət qulluğu imtahanında iştirak edib və altı il əvvəl yüksək bal toplayaraq məhkəmə iclas katibi vəzifəsinə təyin olunub. Artıq altı ildir Bakı Ağır Cinayətlər Məhkəməsində çalışır. İki ildən artıqdır ki, hakimliyə keçid prosesi çərçivəsində nəzərdə tutulan üç-dörd mərhələdən ibarət imtahanlarda iştirak edir. Qeyd edim ki, həmin dövrdə mən parlament üzvü də deyildim və bu prosesdə heç bir rolum olmayıb. O, bütün mərhələlərdə yalnız öz bilik və bacarığı hesabına yüksək nəticələr əldə edib”.
A.Əlizadə deyib ki, son illər bu sahədə formalaşmış müsbət ənənə və şəffaflıq mövcuddur:
“Yüksək bal toplayan namizədlərə ilkin olaraq istər Bakı şəhəri, istərsə də digər bölgələr üzrə seçim imkanı verilir. Oğlum topladığı bala görə ilk beşlikdə yer alıb və sıralamada ön mövqedə olub. Bu səbəbdən Bakını seçmək imkanı əldə edib. Bütün proses tam şəffaf şəkildə həyata keçirilib. Müvafiq qurumlara şəffaflığı təmin etdiklərinə görə təşəkkür edirəm. Prezident İlham Əliyevə də münasibətim birmənalı olaraq müsbətdir. Nəzərə alsaq ki, mən müxalif partiyanın rəhbəriyəm, bu yanaşma tam normal və obyektivdir. Bu, ölkə üçün də müsbət və nümunəvi bir təcrübədir”.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 26 Dekabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















