Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Deputatlar Afrikada: Söz Azərbaycandadır FOTO

Deputatlar Afrikada: Söz Azərbaycandadır FOTO

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin deputatları, Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Zaur Şükürov və Məzahir Əfəndiyev Zimbabve parlamentinin dəvətinə əsasən 4-8 may tarixlərində bu ölkəyə səfər edib. 

Modern.az-ın məlumatına görə, səfər çərçivəsində Zimbabve parlamentinin sədri Jacob Francis Nzvidamilimo Mudenda, Parlamentin Beynəlxalq əlaqələr və ticarət komitəsinin sədri, eyni zamanda Zimbabve - Azərbaycan dostluq assosiasiyasının rəhbəri Vebster Kotivani Şamu, xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Sheilla Chikomo ilə keçirilən  görüşlər zamanı qanunverici orqanlar arasında əlaqələrin genişləndirilməsi, o cümlədən təcrübə mübadiləsinin həyata keçirilməsi, iki ölkə arasında ikitərəfli və çoxtərəfli platformalarda, xüsusilə də Qoşulmama Hərəkatında və QH Parlament Şəbəkəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.

Milli Məclisin deputatları həmçinin Zimbabvenin azadlığı uğrunda mübarizə aparmış və həlak olmuş şəxslərin xatirəsinə paytaxt Hararedə ucaldılmış abidəni ziyarət edib.

Görüşlər zamanı Zimbabve tərəfi Azərbaycan Prezidenti İlham Əliyevlə Zimbabve Prezidenti Emmerson Mnanqaqva arasında keçən ilin noyabr ayında COP29 çərçivəsində Bakı şəhərində baş tutan görüşdə müzakirələrdən irəli gələrək, qarşılıqlı maraq kəsb edəcək sahələrin müəyyənləşdirilməsinin zəruriliyini bildirib.

Qeyd edilməlidir ki, Zimbabve Parlamentinin Beynəlxalq əlaqələr və ticarət komitəsinin sədri, eyni zamanda Zimbabve - Azərbaycan dostluq assosiasiyasının rəhbəri Vebster Kotivani Şamu ilə görüş zamanı o, Azərbaycanın son dövrlər əldə etdiyi uğurları, ölkənin davamlı iqtisadi inkişafa nail olmasını diqqətlə izlədiklərini və ölkəmizin bu “uğur hekayəsi”nin onlar üçün çox faydalı təcrübə ola biləcəyini və məhz bu səbəbdən Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb. İki ölkə arasında əməkdaşlığın inkişafında parlament diplomatiyasının roluna diqqət çəkən zimbabveli parlamentarilər parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin zəruriliyi bildirilərək, qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyi diqqətə çatdırıb. Həmçinin, qadın parlamentarilər arasında əlaqələrin qurulmasının əhəmiyyəti qeyd olunub.

Bir sıra istiqamətlər üzrə Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsinin nəzərdən keçirildiyini deyən Zimbabve tərəfi mədən sənayesi, enerji resurslarının tədqiqi və istehsalı, həmçinin yaşıl enerji, ticarət, turizm, təhsil, kənd təsərrüfatı, infrastruktur, texnologiya, su ehtiyatlarının idarə olunması kimi sahələrin  prioritet olduğunu bildirib. Bu xüsusda, Zimbabvenin əlvan metal ehtiyatları ilə zəngin olduğunu, kənd təsərrüfatının ölkə iqtisadiyyatında payının yüksək olmasını, flora və faunanın zənginliyini nəzərə alaraq, bu istiqamətlər üzrə əməkdaşlığın qurulması üçün geniş perspektivlər olduğu qeyd edilib. Təhsil sahəsində müzakirələr çərçivəsində Zimbabve tərəfi universitetlərarası əməkdaşlığın qurulması və Azərbaycan hökumətinin təqdim etdiyi təqaüd proqramlarından yararlanmaq niyyətini ifadə edib.

Həmçinin, zimbabveli rəsmilər çoxtərəfli formatda əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edərək, Qoşulmama Hərəkatına ölkəmizin uğurlu sədrliyini və prezident İlham Əliyevin sədrlik dönəmində hərəkat çərçivəsində əməkdaşlığın intensivləşdirilməsi istiqamətində atdığı vacib addımların və irəli sürülən təşəbbüslərin xüsusilə təqdirəlayiq hal olduğunu vurğulayıb. 

Azərbaycan Respublikası Milli Məclisinin deputatları görüşlər əsnasında müasir Azərbaycan dövlətinin banisi, Ulu öndər Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında misilsiz xidmətləri və ölkəmizin gələcək inkişafına hesablanmış uzaqgörən siyasəti, bu siyasi kursun məhz Prezident cənab İlham Əliyev tərəfindən  son dərəcə uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın davamlı inkişafa nail olduğunu, beynəlxalq miqyasda nüfuzunun ilbəil artdığını qeyd edib.

Bu xüsusda, ölkəmizin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursu, Ermənistanın onilliklər boyu davam etdirdiyi işğalçılıq və vandalizm siyasəti, tarixi torpaqlarımız olan indiki Ermənistandan zorla qovulmuş soydaşlarımızın öz ata-baba yurdlarına qayıdış hüququ, 44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirləri nəticəsində torpaqlarımızın beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri və BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnamələri əsasında işğaldan azad edilməsi prosesi, mina problemi, azad olunmuş ərazilərimizdə hökumətimiz tərəfindən həyata keçirilən genişmiqyaslı yenidənqurma və quruculuq işləri, keçən ilin noyabr ayında ölkəmizdə uğurla baş tutan COP29 tədbiri barədə ətraflı məlumat təqdim edilib.

Eyni zamanda, Qoşulmama Hərəkatına və Hərəkatın Parlament şəbəkəsinə sədrlik çərçivəsində ölkəmizin uğurlu fəaliyyəti və hərəkat çərçivəsində çoxtərəfli səmərəli dialoqun  formalaşdığı vurğulanıb.

Milli Məclisin deputatı Zaur Şükürov səfərin yekunlarına dair Zimbabvenin dövlət televiziya kanallarına müsahibə verib və səfər yerli mediada işıqlandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 May 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see634

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see309

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see296

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see284

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see280

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see261

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see260

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see256

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see255

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see252

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see244

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see236

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see220

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see211

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see210

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see209

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see204

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see199

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see196

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri