Deputatlar Polad Bülbüloğlunun toyuna dəvət alıb? AÇIQLAMA
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlunun evlənməsi ilə bağlı xəbərlər gündəmdədir. 81 yaşlı sənətçinin toy mərasimi keçirəcəyi və komitə üzvlərinin də mərasimə dəvət olunacağı ilə bağlı məsələlər də maraq doğurur.
Məsələ ilə bağlı Modern.az-a danışan parlamentin Mədəniyyət komitəsinin üzvü Elnarə Akimova Polad Bülbüloğlunun toy mərasimi ilə bağlı hər hansı məlumatının olmadığını bildirib.
Deputat qısa açıqlamasında bunları deyib:
“Salam. Xeyr. Bu barədə ümumiyyətlə, heç bir məlumatım yoxdur”.
Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Əlibala Məhərrəmzadə də Polad Bülbüloğludan hələ hər hansı dəvət almadığını deyib:
“Məni heç kim toya dəvət etməyib. Kim hara məni dəvət edirsə, imkanım daxilində gedirəm. Amma məsələnin mahiyyəti ondan ibarətdir ki, hər kəsin şəxsi həyatı var. Əlbəttə, bundan sonra toy olsa və bizi də dəvət etsələr, dostluğumuza və həmkarlığımıza görə toyda iştirak etmək mənəvi borcumuzdur. Böyük məmnuniyyətlə iştirak etmək istəyirik və iştirak edəcəyik. Digər suallara cavab verə bilmirəm. Çünki bu, onun şəxsi həyatıdır və heç birimizə nə mənəvi, nə də etik baxımdan aidiyyəti yoxdur”, - deyə deputat vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 26 Avqust 2026 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















