Polad Bülbüloğlunun oğlu Murtuza Bülbüloğlunun 23 yaşı tamam oldu FOTO
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun oğlu Murtuza Bülbüloğlunun 23 yaşı tamam olur.
BAKU.WS xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında paylaşım edib. O Murtuzanı 23 yaşı münasibətilə təbrik edərək ona yeni yaşında uğurlar arzulayıb:
"Elə insanlar var ki, daşıdığı adın məsuliyyəti ona ömür boyu bəs edir. Çünki o insanlar elə dahi şəxsiyyətlərin sələfləri olurlar ki, gördükləri işlər də, tutduqları əməllər də adının haqqını verməlidir. Murtuza Bülbül də belə sələflərdəndir. Babası Bülbülün adını daşıyan bu cavanın bu gün doğum günüdür. Murtuza eynən adına çəkib. Mərdlikdə də, istedadda da. Mərd, sözübütöv insandı Murtuza...
O da babası Bülbül, atası Polad Bülbüloğlu kimi Şuşa aşiqidir... Və bu gün doğum gününü məhz Şuşada - baba ocağında qeyd edir. Məncə bir sələf üçün bundan böyük arzu, bundan böyük gün ola bilməz. Xoşbəxtliyi gözündən yağır onun. Sevinclidir, qürurludur Builki ad gününü Qarabağlı Azərbaycanda qeyd etdiyi üçün... Yeni yaşında uğurlar diləyir, daha böyük zirvələr arzulayırıq!".
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 31 Yanvar 2026 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















