Icma.az
close
up
RU
Deputatlar yüksək vəzifəli məmurların müraciətlərinə cavab verməməsindən şikayətlənib

Deputatlar yüksək vəzifəli məmurların müraciətlərinə cavab verməməsindən şikayətlənib

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputatlar yüksək vəzifəli məmurların müraciətlərinə cavab verməməsindən şikayətlənib. SİA xəbər verir ki, deputat Səyyad Aran deyib ki, xalqla üz-üzə qalan, yaxası əldə olan nə nazir, nə komitə sədri deyil, deputatdır.

Səyyad Aran qeyd edib ki, nazirlər ya telefonu götürmürlər, ya da məktublarına gec cavab verirlər: "Bu, nəticədə bizim camaatla bağlılığımıza, onların suallarına, problemlərinə diqqətlə yanaşmağımıza mane olur. Nazirlərin heç birinin fəaliyyət tempi Prezidentin tempinə uyğun gəlmir. Yaxşı, ay nazir, sənə məktub yazmışam, niyə cavab vermirsən? Yaxşı, sən çox mühüm işlərlə məşğulsan. Deputatın yazdığı məktub xalqın arzusu, istəyi və problemi ilə bağlıdır, cavab verməlisən. Deyirlər ki, işimiz çoxdur. Axı sizin köməkçiniz var. Axşam qayıdıb gələndə sənə zəng edən adamların, o cümlədən deputatların adını görürsən. Bəs bu köməkçilər nə üçündür? Zəng edin görün deputat nə istəyir? Bunu edə bilərsən. Milli Məclisin plenar iclaslarının birində onların adını çəkəcəm. Bizim hamımız xalqa görə nazirik, deputatıq, icra başçısıyıq. Sovet dövründən qalma bivec ənənə var. Məktuba bir ay ərzində cavab verirlər. Qərar qəbul edək ki, Azərbaycanda məktublara 10 gün ərzində cavab versinlər".
Deputat Naqif Həmzəyev də deputatlar tərəfindən nazirliklərə göndərilən məktublara cavab verilməməsi problemini qaldırıb: “Biz vətəndaşlarla görüşlər keçirir, onları qəbul edirik, problemlərini aidiyyəti qurumlara çatdırırıq. Bizə münasibət necədir? “Bu qədər məktub yazmağa nə ehtiyac var, bizi də çətin vəziyyətdə qoyursunuz. Şifahi müraciət edin, problemi həll edək”. Birinci yanaşma budur. Biz şifahi müraciət edirik, heç bir cavab olmur. Məcbur qalıb yenidən yazılı müraciət edirik. Bu bilmirik ki, məktublaşmanı hansı vəziyyətə gətirib çıxaraq ki, problem öz həllini tapsın. Hamıya standart cavablar verilir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Sentyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see321

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see309

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see294

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see264

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see246

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see223

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see216

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see206

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see200

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see191

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see188

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see178

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see155

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see155

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see154

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see146

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri