Deputatların toxunulmazlığı ləğv edilir? KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Parlament seçkilərində iştirak etmək hüququna malik hər bir vətəndaş qanunvericiliyin tələblərinə uyğun olaraq deputat seçilə bilər. Qanunlara əsasən isə seçilmiş deputatın səlahiyyət müddəti ərzində şəxsi toxunulmazlığı təmin olunur. Bəs bu hüququn ləğvi mümkündürmü və belə bir addım hansı nəticələrə səbəb ola bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Tağı Hüseynov bildirib ki, deputat toxunulmazlığı məsələsi ölkə qanunvericiliyi ilə tənzimlənir və bu mexanizm demokratik institutların qorunmasına xidmət edir.
“Deputat toxunulmazlığı götürülərsə, bu, artıq müstəqil seçki kampaniyalarının aparılmasına, azad söz hüququna və siyasi fəaliyyətə müəyyən maneələr yarada bilər. Namizədlər və deputatlar siyasi mövqelərini sərbəst ifadə etməkdə çətinliklə üzləşər.
Dünya praktikasında parlament üzvləri üçün toxunulmazlıq institutu geniş yayılıb və əsas məqsəd onların siyasi təzyiqlərdən qorunmasıdır. Bu mexanizm deputatların seçicilər qarşısında sərbəst fəaliyyət göstərməsinə imkan yaradır”.
Tağı Hüseynov hesab edir ki, belə bir hüququn tam ləğvi demokratiyaya zərbə kimi qiymətləndirilə bilər və buna görə də Azərbaycanda bu istiqamətdə radikal dəyişikliklərin ediləcəyi inandırıcı görünmür.
Qeyd edək ki, hazırda deputatların hüquqi statusu və toxunulmazlıq məsələləri Azərbaycan Respublikasının Milli Məclisi ilə bağlı qanunvericilik aktlarıyla müəyyənləşdirilir.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 20 Fevral 2026 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















