Derbilərin rekordçusu: “Son illərin ən prinsipial oyunu olacaq”
Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Bu gün Misli Premyer Liqasında Azərbaycan derbisi keçiriləcək.
VIII turun mərkəzi oyununda “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Hər iki komandanın aktivində 16 xal var.
Derbilərdə ən çox iştirak etmiş futbolçu Maksim Medvedev oyunla bağlı “Futbolpress.az“a fikirlərini bölüşdü. O, son illərin ən maraqlı matçı olacağını söylədi:
“Çox maraqlı derbi olacaq. “Neftçi” son dönəmlərdə yaxşı futbol nümayiş etdirir. “Sabah”la oyununa baxdım, dinamik oynayırlar. “Qarabağ” isə hələ tam pik formasında deyil. Təcrübə və oyunçu keyfiyyətinə görə, onlar da yaxşı görsənməlidir. Düşünürəm ki, son illərin ən maraqlı derbisi olacaq”.
Derbilərdə ajiotaj çox olur. İki komandada qələbə üçün çox can atır. Bəzən xaos yaranır, vərəqələr olur. Futbolçular arasında gərginlik yaranır, hakimlər çox təzyiqlə üzləşir. Bunlar derbiləri gözəl edən şeylərdir. Hesab təxminim isə 2:1 “Qarabağ”ın xeyrinədir”.
Medvedev karyerası ərzində yalnız “Qarabağ”da çıxış edib. O, “Neftçi” ilə matçlarda 58 dəfə forma geyinib.
“Qarabağ” – “Neftçi” oyununa saat 19:00-da start veriləcək.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 17 Oktyabr 2026 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















