Icma.az
close
up
RU
Derimod un “Vision 2030” yolunda yeni mərhələ: Bakı

Derimod un “Vision 2030” yolunda yeni mərhələ: Bakı

Icma.az, Olay.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin dəri gödəkçə, ayaqqabı və çanta kateqoriyalarında bazar lideri olan Derimod 50 ildən artıq brend tarixini və pərakəndə satış təcrübəsini beynəlxalq böyümə strategiyasına daşıyır.

“Vision 2030” strategiyası çərçivəsində Azərbaycanı prioritet bazarlarından biri kimi müəyyənləşdirən brend Bakıda fəaliyyət göstərən dörd mağazası ilə yeni mərhələyə qədəm qoyur.

Türkiyədə formalaşdırdığı güclü brend imicini, məhsul çeşidini və əməliyyat təcrübəsini seçici və nəzarətli böyümə yanaşması ilə xarici bazarlara daşıyan Derimod Azərbaycanı mədəni yaxınlıq, oxşar istehlak vərdişləri və yüksək brend tanınması səbəbindən strateji bazarları sırasında görür.

Bakının Gənclik Mall, Crescent Mall, Dəniz Mall və City Park Mall ticarət mərkəzlərində yerləşən dörd mağazası ilə öz pərakəndə satış şəbəkəsini quran Derimod bu investisiyanı tamamilə öz vəsaiti hesabına həyata keçirib.

Türkiyədə formalaşdırdığı mağazaçılıq standartlarını və müştəri təcrübəsini azərbaycanlı istehlakçılara təqdim edən brend dəri gödəkçə, ayaqqabı və çanta kateqoriyalarındakı geniş kolleksiyası ilə müxtəlif zövq və ehtiyaclara cavab verir.

Zamansız dəri dizaynlarını müasir moda anlayışı ilə birləşdirən Derimod keyfiyyət, zəriflik və qiymət balansını ön planda saxlayaraq Azərbaycan bazarında davamlı brend mədəniyyəti formalaşdırmağı hədəfləyir.

Yeni mövsüm kolleksiyaları və mağazaları ilə Bakıdakı mövqeyini gücləndirən brend modaya və keyfiyyətə önəm verən istehlakçılara yüksək səviyyəli alış-veriş təcrübəsi təqdim etməyi qarşısına məqsəd qoyub.

Derimod-un İcraiyyə Şurasının sədri Murat Zaim Azərbaycana yatırılan investisiyalarla bağlı açıqlamasında bildirib:

“Derimod olaraq beynəlxalq böyümə yolumuzda yeni mərhələnin qapılarını Bakıda açırıq. Azərbaycanı yalnız yeni mağazalar açacağımız bazar kimi deyil, uzunmüddətli dəyər yaradacağımız və güclü brend mədəniyyəti formalaşdıracağımız strateji mərkəz kimi görürük.

Bizim üçün xaricdə böyümək Türkiyədəki investisiyalarımıza alternativ deyil. Bu, 50 ildən artıq müddətdə formalaşdırdığımız gücü yeni coğrafiyalara daşımağın bir yoludur.

Bu səbəbdən prioritetimiz sürətlə böyümək deyil, düzgün biznes modeli quraraq davamlı uğur əldə etməkdir.

İnanırıq ki, “Vision 2030” çərçivəsində atdığımız bu addım Derimod-un regional miqyasda daha güclü brendə çevrilməsində mühüm rol oynayacaq”.

Derimod Bakını yalnız Azərbaycan bazarının mərkəzi kimi deyil, həm də yaxın regionlarda yaranacaq böyümə imkanları baxımından strateji mərkəz olaraq qiymətləndirir.

Türkiyədən gələn təcrübəli əməkdaşlarını yerli bazarı yaxından tanıyan komandalarla birləşdirən brend hazırda təxminən 30–35 nəfərlik heyətlə fəaliyyətini davam etdirir.

“Vision 2030” hədəflərinə uyğun olaraq, onlayn alış-veriş infrastrukturu ilə dəstəklənən 10 mağazalıq şəbəkənin qurulması və işçi sayının təxminən 100 nəfərə çatdırılması planlaşdırılır.

Derimod-un əsas prioriteti yalnız mağazaların sayını artırmaq deyil. Brend öz mövqeləndirməsinə, zəngin kolleksiyalarına və mağazacılıq təcrübəsinə uyğun strateji məkanlarda dayanıqlı böyüməni təmin etməyi qarşısına məqsəd qoyur.

Türkiyədə 50 ildən artıqdır davam edən Derimod hekayəsi indi Bakıda yeni mövsüm kolleksiyaları, yeni mağazalar və yeni hədəflərlə böyüməyə davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://olay.az
archiveBu xəbər 14 Oktyabr 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see882

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see321

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see313

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see306

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see293

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see269

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see256

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see223

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see220

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see203

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see203

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see200

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see199

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see199

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see198

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see193

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see186

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see184

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri