Icma.az
close
up
RU
Dərmanların uşağın immunitetinə təsiri

Dərmanların uşağın immunitetinə təsiri

Icma.az, Saglamolun saytına istinadən bildirir.

KRVİ (kəskin respirator virus infeksiyası) və ya KRX (kəskin respirator xəstəlik) adlandırılan xəstəliklər – uşaqlar arasında ən çox təsadüf edilən xəstəliklərdəndir.

Uşaqların bu xəsəliklərə yoluxmasından o qədər də qorxmaq lazım deyil. Onlar uşaqların immun sistemi üçün bir növ "trenajor" rolunu oynayır. Anacaq bu zaman bir vacib amili yaddan çıxarmaq lazım deyil: uşağın bu xəstəliklərə yoluxması normal hesab edilən saydan (ildə 5 dəfədən) artıq olmamalı, onun müalicəsi problemsiz keçməli və xəstəlikdən sonra ağır fəsadlar (tonzillit, otit, bronxit, pnevmoniya) yaranmamalıdır.

KRVİ-na yoluxmuş olan uşağa düzgün qulluq etmək və ciddi tələbat olmadan heç bir dərmandan istifadə etməmək prinsipinə əməl edilməsi çox vacib hesab olunur. Yadda saxlamaq lazımdır ki, belə xəstəliklərin həddindən "aktiv" müdaxilə edilməklə müalicə olunması uşaq orqanizmində normal immunitetin formalaşmasına mane olur. Əgər uşaq tez-tez xəstələnirsə, bu o dəməkdir ki, onların müalicəsində istənilən dərman preparatı - yalnız ondan istifadə edilməməsi birmənalı olaraq mümkün olmadıqda tətbiq olunmalıdır.

Dərman preparatlarının uşaqların immun sisteminə təsiri birədə bir qədər geniş məlumat verək.

İstənilən dərman preparatı yalnız həkimin xəstəyə bilavasitə (!) baxışından sonra (söhbət uşaqlardan getdikdə bu daha çox vacibdir!) təyin olunmalıdır! Heç bir halda uşağınızı həkimlə məsləhətləşmədən, özünüz bilidiyiniz kimi müalicə etməyə, ona antibiotiklər və digər dərmanlar "təyin etməyə" cəhd etməyin! Yadınızda saxlayın ki, KRXİ və qrip xəstəliyi antibiotiklərlə müalicəyə tabe olmurlar! Məsələ burasındadır ki, antibiotiklər yalnız bakteriyalara təsir edirlər, KRVİ və qrip xəstəliyi isə viruslar tərəfindən törədilir. Viruslara qarşı isə antibiotiklər tamamilə gücsüzdürlər!

Digər tərəfdən, ifratçılığa varıb “zərərli” olduğuna görə antibiotiklərin tətbiq edilməsindən tamamilə imtina etmək də olmaz. Çünki, angina, otit (orta qulağın iltihabı), burun ətrafı boşluqların iltihabi prosesləri (haymorit, frontit və s.) və bir sıra digər xəstəlikləri yalnız antibiotiklərin köməkliyi ilə müalicə etmək mümkün olur! Onlardan tamamilə imtina etməklə siz uşağınızın sağlamlığını böyük təhlükə altına qoymuş olursunuz!

Qrip və soyuqdəymə müalicə olunmalıdırmı? Əlbəttə ki, olunmalıdır. Xüsusən də bu qripə aiddir ki, bu xəstəlik yüksək hərarətlə müşahidə olunur və ağır fəsadlar verə bilər.

Xəstəliyə fikir verməyərək uşağı məktəbə və ya uşaq bağçasına göndərmək çox təhlükəlidir.

Hərarət yüksək olduqda xəstə uşaq mütləq yataq rejiminə əməl etməlidir. Hərarət düşdükdən 1-2 gün sonra əvvəl yarıyataq, daha sonra isə adi rejimə keçmək olar.

Çay, kompot, mineral suların qəbul edilməsi hərarət zamanı çox vacibdir ki, bu zaman insan çoxlu maye itirir və orqanizmdə susuzlaşma inkişaf edə bilər. Xəstə gün ərzində 0,5-1,5 l-dən az olmayaraq (uşağın yaşından asılı olaraq) maye qəbul etməlidir.

Xəstəlik zamanı uşağın iştahası kəskin azalmış olur. Heç bir halda onu zorla yedizdirməyin! Qrip zamanı (xüsusən hərarət yüksək olduqda) ətdən və ağır zülallı qidalardan imtina etmək lazımdır. Hərarət normaya düşdükdə ilk növbədə uşağa təzə toyuq bulyonu verin. Toyuq bulyonunda xeyirli maddələr var ki, orqanizmə virusla mübarizədə kömək edir.

KRXİ və qrip kimi virus xəstəliklərinin müalicəsi əsasən simptomatik şəkildə aparılmalıdır: hərarət yüksək olduqda - onu aşağı salan dərmanlar, zökəm zamanı – müxtəlif duz tərkibli burun damcıları, öskürək zamanı – bitki tərkibli dərman preparatları və s. Belə müalicə xəstəliyin törədiciləri olan viruslara təsir etməsə də, xəstənin vəziyyətini yaxşılaşdırır və müxtəlif fəsadların qarşısını almış olur. Bir sıra hallarda həkim, uşağın vəziyyətini nəzərə alaraq, ona virusəleyhinə olan dərman preparatı da təyin edə bilər.

Hərarət salan dərmanları yalnız hərarət 38,5 C qalxdıqda uşağa vermək olar. Bəzi hallarda (uşaq çox kiçik olduqda, uşaqda xroniki ürək, sinir, endokrin və ağciyər xəstəlikləri olduqda, əvvəllər yüksək hərarət fonunda uşaqda qıcolmalar olduqda və s.) uşaqda hərarət 38 C çatdıqda onu dərhal salmaq lazımdır.

Hərarəti salmaq məqsədi ilə aspirin və digər aspirin tərkibli preparatları yalnız böyüklərdə istifadə oluna bilər. Onun uşaqlarda qrip və soyuqdəymə zamanı istifadə edilməsi çox ağır xəstəlik olan Rey sindromunun (qaraciyər və sinir sisteminin zədələnməsi) inkişaf etməsinə səbəb ola bilər.

Ümumillikdə isə uşaqlarda KRVİ və qrip zamanı valideynlər mümkün qədər çalışmalıdırlar ki, təbii vasitələrdən istifadə etsinlər. Bu uşaq immunitetinin normal şəkildə inkişaf etməsinə kömək edəcək. Məsələn, boğaz ağrısı zamanı zoğal, moruq mürəbbəli, bal əlavə olunmuş çay, soda qatılmış isti süd istifadə etmək olar. Boğazı kalendula, çobanyastığı, sürvə dəmləmələri ilə, duzlu (1/2 su + duz bıcağın ucunda) soda qatılmış su ilə qarqara edin. Zökəm zamanı duzlu sudan (1/2 stəkan su + bıcağın ucunda duz) və ya apteklərdə satılan tərkibində dəniz suyu olan damcılardan istifadə etmək olar.

Hal-hazırda apteklərdə müxtəlif virus əleyhinə preparatlar satılır. Bu preparatlar uşağa yalnız həkim tərəfindən təyin oluna bilər. Virus əleyhinə preparatların xəstəliyin ilk 24-36 saat ərzində istifadəsi yaxşı effekt verir - xəstəliyin müddəti və xəstəliyin fəsadlaşması riski azalır.

Uşağı vaxtında və düzgün müalicə etməklə yanaşı, xəstəlikdən sonra onun immunitetinin bərpa edilməsinə də böyük diqqət vermək lazımdır. Bu məqsədlə, onu dəyərli qidalarla, kifayət qədər yuxu, təmiz hava ilə təmin etmək, onun digər uşaqlar və böyüklərlə olan təmaslarını məhdudlaşdırmaq məsləhət görülür. Əgər uşaq hərarəti düşən kimi, uşaq bağçasına, məktəbə və ya poliklinikaya gedərsa, o yeni infeksiya ilə “görüşərək” asanlıqla yenidən xəstələnə bilər. Onu da nəzərə almaq çox vacibdir ki, yaranmış bu yeni xəstəlik, artıq müəyyən dərəcədə zəifləmiş orqanizmdə inkişaf edəcəkdir. Bu halda böyük ehtimalla demək olar ki, yeni xəstəlik, əvvəlkindən daha ağır şəkildə keçəcəkdir. Bu zaman onun fəsad vermək ehtimalı da çox olduğu üçün müalicə prosesində əlavə dərman preparatlarının (antibiotiklərin və s.) tətbiq edilməsi də qaçılmaz olacaqdır.

Virus infeksiyalarına yoluxma zamanı, orqanizmdə viruslara qarşı olan anticisimlər, adətən xəstəliyin beşinci (!) günündən etibarən hazırlanmağa başlayır! Buna görə də uşaq kəskin respirator virus infeksiyası (KRVİ) ilə xəstələndiyi halda, keçirilən xəstəliyin ağırlığından asılı olmayaraq, onun uşaq kollektivinə qayıtması xəstəliyin başlamasından ən azı 6 gün və istənilən halda, hərarətin normallaşdığı gündən isə ən azı üç gün keçdikdən sonra mümkün hesab edilir! Bu qayda yalnız tez-tez xəstələnən uşaqlara deyil, bütün uşaqlara aid edilməlidir.

Qeyd etmək lazımdır ki, infeksiyaya yoluxma ehimalına görə, uşağın digər insansanlarla (xüsusən də qapalı yerlərdə) təmasda olması daha təhlükəli hesab olunur. Uşağınızın digər uşaqlarla birlikdə açıq havada oynaması isə ədatən təhlükəsiz olur.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see270

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see253

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see247

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see231

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see230

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see228

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see200

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see200

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see191

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see184

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see181

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see181

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see180

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see180

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see178

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see176

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see175

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see174

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see172

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri