Dərnəgüldəki yanğın söndürüldü
Icma.az, Baku.ws-ə istinadən, məlumatı açıqlayır Dərnəgüldəki yanğın söndürüldü.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
***11:18
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda, ilkin məlumata görə sex ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində sexin ərazisində tullantıların yığıldığı sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)