Dərsdən qaçmaq istəyərkən xəstəxanalıq oldu
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qaradağ rayonu 233 nömrəli tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi bu gün dərsdən qaçmaq istəyərkən II mərtəbənin pəncərəsindən yıxılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsi yayıb.
Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb: “Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.
İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur”, - məlumatda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 17 Mart 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















