Bakıda dərsdən qaçmaq istəyən uşaqdan ŞOK ADDIM
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən Cəmil Niftəliyev adına 233 saylı məktəbdə hadisə baş verib.
Avtosfer.az konkret.az-a istinadla xəbər verir ki, məktəbin 8-ci sinif şagirdi dərs vaxtı məktəbdən yayınmaq istəyərkən ikinci mərtəbədən tullanıb. Nəticədə o, müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisədən dərhal sonra şagirdə ilkin tibbi yardım göstərilib və vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri və təfərrüatı hələlik açıqlanmayıb.
Qeyd edək ki, məktəbin direktoru Gülər Bəbirovadır. Təlim-tərbiyə işləri üzrə direktor müavinləri - Azər Allahverdiyev, Vüqar Ağamirzəyev və Şəbnəm Xəlilova hadisə vaxtı məktəbdə olmayıblar. Dərs vaxtı fənn müəlliminin otaqda olmadığı bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 17 Mart 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















