Icma.az
close
up
RU
Dərslər saat 10da başlasın!

Dərslər saat 10da başlasın!

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Elmi-kütləvi, Mədəni-maarif, Təhsil proqramlarının hazırlanması


Belə olarsa, ictimai nəqliyyatda sıxlıq əhəmiyyətli dərəcədə azalacaq


Tədqiqatlar göstərir ki, bu dəyişiklik şagirdlərin akademik performansında əhəmiyyətli artımlara səbəb olub


Şagirdlərin öyrənmə prosesində əsas məqsəd bilik və bacarıq qazanmaq olmalıdır. Təhsil sistemləri imtahanı bir vasitə kimi görməli, onu şagirdin həyat məqsədi kimi təqdim etməməlidir. Müəllimlər şagirdlərə yalnız imtahan üçün öyrənməyi deyil, öyrəndiklərini tətbiq etməyi, həyatda istifadə etməyi öyrətməlidir. Bu, şagirdlərin öyrənməyə olan marağını artırar və onları daha yaradıcı və tənqidi düşünən fərdlərə çevirər. Bu fikirlər təhsil sahəsi üzrə ekspert, Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbəri, fəlsəfə doktoru Kamran Əsədova məxsusdur. 


Azərbaycan dövlət siyasətində təhsilin inkişafının ən önəmli yerlərdən birini tutduğu, hər il dövlət büdcəsindən təhsil sahəsinə lazımi miqdarda vəsait ayrıldığı nəzərə alınarsa, uşaq və yeniyetmələrin təhsil almasında, gənclərin elmi inkişafında, savadlanması, maariflənməsi istiqamətində hansı nailiyyətlərin əldə edildiyi də önəmlidir. Təsadüfi deyil ki, təhsil sahəsi üzrə mütəxəssislər daim bu mövzunu gündəmdə saxlamağa çalışır, ümumən tədris prosesinin gedşatını izləməklə yekun nəticəyə gəlirlər. Mütəxəssislər bu fikirdədir ki, tədris prosesində əzbərçilikdən uzaq durulmalı, anlayışa əsaslanan öyrənmə metodlarına üstünlük verilməlidir. Müasir dövrdə şagirdlərə yalnız nəzəri biliklər yox, praktik bacarıqlar da aşılanmalıdır. Bunun üçün tədris proqramlarında real həyatda istifadə edilə bilən layihələr və tapşırıqların artırılması vacibdir. Şagirdlər öyrəndiklərini tətbiq etdikcə daha çox maraq göstərəcək və öyrənmə prosesində özlərini daha motivasiyalı hiss edəcəklər. K.Əsədovin fikrincə, müəllimlər şagirdləri yalnız imtahan nəticələri ilə qiymətləndirməməli, onların inkişaf prosesini izləməli və dəstəkləməlidir. İmtahan bir qiymətləndirmə vasitəsi kimi istifadə edilməli, lakin onun üzərində şagirdlərə təzyiq göstərilməməlidir. Şagirdlər öyrənməyi sevərsə, imtahanları da uğurla verə biləcəklər. Təhsil prosesinin əsas məqsədi onların həyatda öz potensiallarını tam istifadə edə biləcəkləri bir sistem yaratmaq olmalıdır. Lakin hazırda təhsilimizin önündə duran əsas problemlərdən biri də məktəblilərin və ümumiyyətlə, həm təhsilalanların, həm də təhsil verənlərin tədris ocağına vaxtında yetişmələridir. Bəllidir ki, son zamanlar nəqliyyat sektorunda yaşanan bəzi problemlər şagird və tələbələrin, həmçinin də onlara təhsil verən müəllimlərin tədris müəssisəsinə vaxtlı-vaxtında çatmasını əngəlləyir. Yollarda tıxaclar bütün böyük şəhərlərə xas xüsusiyyətdir. Amma müxtəlif ölkələrdə bu problemi həll etməyin müxtəlif yollarını axtarıb tapır, mümkün qədər vəziyyəti yüngülləşdirməyə çalışırlar. Variantlardan biri də dərs saatlarının vaxtını dəyişdirməkdir. Bu təklif indiyədək də bir neçə dəfə səslənib, lakin nədənsə, ona əhəmiyyət verilməyib. Təhsil eksperti Kamran Əsədov bu məsələ haqqında fikirlərini belə ifadə edib: 


- İlk növbədə qeyd edim ki, biz artıq hər saat Bakı və digər böyük şəhərlərdə səhər saatlarında ictimai nəqliyyatın həddindən artıq yüklənməsi problemi ilə üzləşirik. Bu sıxlıq tələbələr, valideynlər və işçilər üçün hər gün vaxt itkisinə, narahatlığa və hətta təhlükəsizliyə zərər verə biləcək vəziyyətlərə səbəb olur. Statistik müşahidələr və dünya təcrübəsi göstərir ki, dərs və iş saatlarının uyğunlaşdırılması və ya fərqli vaxtlarda başlaması həm nəqliyyat sisteminin yükünü azalda, həm də təhsil və iş məhsuldarlığını artıra bilər. Azərbaycanda hazırda məktəblərin dərs saatları, əsasən, səhər saat 8:00-da başlayır. İş saatlarının çox vaxt 9:00-da başlaması ilə məktəb və iş trafiki üst-üstə düşür. Bakı Metropoliteninin 2023-cü ilə aid statistikasına əsasən, səhər saat 7:30-dan 9:00-a qədər metroda sərnişin axını pik həddə çatır və bu müddət ərzində nəqliyyatdan istifadə edən sərnişinlərin 35-40 faizini məktəb yaşlı uşaqlar və onların valideynləri təşkil edir. İctimai avtobuslarda isə bu göstərici 45 faizə qədər artır. Bu, şəhər nəqliyyatının yüklənməsinin əsas səbəblərindən birinin məktəb saatlarının iş saatları ilə üst-üstə düşməsi olduğunu göstərir. 


Ekspert qeyd edib ki, qanunvericiliyə nəzər saldıqda, Azərbaycanda məktəb dərslərinin başlanma vaxtı ilə bağlı konkret normativ hüquqi akt yoxdur: 

- “Təhsil Haqqında” Azərbaycan Respublikasının Qanunu təhsil müəssisələrinin fəaliyyət prinsiplərini müəyyən etsə də, dərslərin başlanma vaxtının tənzimlənməsi təhsil idarəetmə orqanlarının və hər bir məktəbin daxili qərarına əsaslanır. Bu, çevik yanaşmalar üçün imkan yaratsa da, vahid bir strategiyanın olmaması sistemdə problemlərə səbəb olur. Hesab edirik ki, bu məsələ məktəbdaxili qərarlarla həllini tapa bilər. Dərslərin başlanma saatının 10:00-a keçirilməsi bir sıra problemləri həll edər. Birincisi, ictimai nəqliyyatda sıxlıq əhəmiyyətli dərəcədə azalacaq. Məktəb yaşlı uşaqların və onların valideynlərinin nəqliyyatdan istifadə etdiyi vaxtla işçilərin hərəkət etdiyi vaxt fərqlənəcək. Bu yanaşma nəqliyyat vasitələrinin daha effektiv istifadə olunmasına və sərnişinlərin rahatlığının artırılmasına şərait yaradar. Məsələn, Finlandiyada məktəblər səhər saat 9:00-dan əvvəl dərslərə başlamır. Bu yanaşma həm şagirdlərin sağlamlığına, həm də ictimai nəqliyyatın yükünün azaldılmasına müsbət təsir göstərir. ABŞ-nin bəzi ştatlarında da məktəblərin dərs saatlarını daha gec başlamaq üçün dəyişikliklər edilib. Tədqiqatlar göstərir ki, bu dəyişiklik şagirdlərin akademik performansında əhəmiyyətli artımlara səbəb olub.

İkincisi, dərslərin daha gec başlaması şagirdlərin sağlamlığı üçün faydalıdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, məktəb yaşlı uşaqların yuxu ehtiyacı gündə 8-10 saatdır. Hazırkı təhsil qrafiki isə xüsusilə qış aylarında, bu ehtiyacın qarşılanmasına mane olur. Səhər tezdən dərsə getmək üçün erkən oyanmaq tələbələrin yuxu balansını pozur və bu, onların konsentrasiyasını, yaddaşını və ümumi sağlamlığını zəiflədir. ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin apardığı bir araşdırma göstərib ki, dərslərin daha gec başlaması şagirdlərin akademik göstəricilərində 20 faizə qədər artıma və məktəbdə iştirak səviyyəsinin yüksəlməsinə səbəb olub. Üçüncüsü, bu yanaşma müəllimlərin iş şəraitini də yaxşılaşdırar. Daha gec başlayan dərs saatları müəllimlərə dərsə daha yaxşı hazırlaşmaq və iş yükünü daha effektiv idarə etmək üçün imkan yaradar. Bu, həm təhsilin keyfiyyətinə müsbət təsir edər, həm də müəllimlərin psixoloji rahatlığını artırar.

K.Əsədov dərs saatlarının dəyişdirilməsinin valideynlər üçün müəyyən çətinliklər yarada biləcəyini də vurğulayıb: 



- Valideynlərin iş qrafiki ilə uşaqların dərs qrafiki arasında ziddiyyət yaranması mümkündür. Valideynlərin əksəriyyəti işə 9:00-da başlayır və bu, uşaqların məktəbə getmədən əvvəl nəzarətsiz qalması ilə nəticələnə bilər. Belə bir problem yaranmasın deyə, məktəblərdə erkən saatlarda uşaqlar üçün əlavə nəzarət və ya hazırlıq dərslərinin təşkil edilməsi mümkündür. Belə olarsa, valideynlər arxayınlaşar ki, uşaqlar məktəbdədir. Bu, həm də təhsilin fərqli pillələri üzrə təhsil alan övladlarını fərqli saatlarda – səhər növbəsi, günorta növbəsində məktəbə aparmalı olan valideynlər üçün rahatlıq olacaq. Bir övladını məktəbdən evə gətirib, digərini az sonra yenidən məktəbə aparmalı olmayacaq. Valideynlər belə vəziyyətdə çox əziyyət çəkir. Onsuz da tıxac olan yollarda nə qədər zaman itirirlər. Şagird də yorulur, evə gəldikdə dərslərinə yaxşı çalışa bilmir. Fiziki yorğunluq öz hökmünü verir. Nəticə olaraq, məktəblərdə dərslərin daha gec başlaması, məsələn, saat 10:00-da təyin edilməsi, nəqliyyatın yüklənməsinin azaldılması, şagirdlərin və müəllimlərin sağlamlığı və məhsuldarlığının artırılması baxımından əhəmiyyətli ola bilər. Bu yanaşma dünya təcrübəsində öz səmərəliliyini sübut edib və Azərbaycanda da tətbiq edilə bilər. Təhsil Nazirliyi və Nəqliyyat Agentliyi birgə pilot layihələr həyata keçirərək bu məsələnin mümkün təsirlərini araşdırmalı, nəticələri təhlil etməli və uyğun qərarlar qəbul etməlidir. Şagirdlərin təhlükəsizliyi, sağlamlığı və təhsil keyfiyyəti üçün bu məsələnin prioritet olaraq gündəmə gətirilməsi zəruridir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Yanvar 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bankların aktivləri 1 milyard manatdan çoxdur

20 İyul 2026 10:04see414

Moskva üzərində kütləvi PUA hücumu: hərbi və logistika obyektləri vuruldu Ukrayna KİV ləri

20 İyul 2026 13:35see352

Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026 2030 cu illər üçün Tədbirlər Planı” təsdiqlənib

20 İyul 2026 13:58see295

İlham Əliyevdən SƏRƏNCAM

20 İyul 2026 13:59see294

Şuşada ilk açıq hava kitabxanası

20 İyul 2026 14:57see280

Prezident nazirlik qarşısında öhdəlik qoydu

20 İyul 2026 13:58see263

Vətənədaşa xəstə heyvan veriləndə, o nə etməlidir? AÇIQLAMA

20 İyul 2026 14:08see234

Prezident 1 fərman, 1 sərəncam imzaladı

20 İyul 2026 13:58see224

Duginin türk dostu Ankaraya 17 ölkədən nümayəndə yığıb, “4 lü ittifaq” düzəldir?..

20 İyul 2026 22:14see223

2026 2030 cu illər üçün məşğulluq strategiyası üzrə Tədbirlər Planı TƏSDİQLƏNDİ

20 İyul 2026 13:59see217

Övladı məktəbə gedəcək valideynlərin NƏZƏRİNƏ

20 İyul 2026 18:48see197

İran XİN: Milli maraqlarımız nəzərə alınarsa, ABŞ ilə danışıqların bərpası mümkündür

21 İyul 2026 00:42see188

Rumıniyada səhiyyə işçiləri xəbərdarlıq tətili keçirir

20 İyul 2026 14:34see181

I Liqada klubunu dəyişdi

20 İyul 2026 19:42see178

Fon der Leyen Ukraynanın yeni Baş naziri ilə danışıqlar apardı

20 İyul 2026 18:55see172

Haluk Levent işi nə görə saxlanılan Oğuzhan Uğur həbs edilib

21 İyul 2026 03:59see171

Avropa Rusiyaya görə "parçalanır"...

20 İyul 2026 07:02see170

İlham Əliyev Mixael Harmsla görüşdü

20 İyul 2026 22:45see168

“Sultan Həsən Bahadur” filmi tarixi və süni intellekti bir araya gətirib

20 İyul 2026 20:25see167

Üç idarə MMC oldu: Rəis təyin edildi FOTO

20 İyul 2026 13:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri