Rəqəmsal dərslik şagirdlərin şəxsi telefonlarında olmayacaq AÇIQLAMA
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Deputat Ceyhun Məmmədov dərsliklərdə mövcud problemlərin həlli üçün onların rəqəmsallaşdırılmasını təklif edib və bildirib ki, elektron format səhvlərin operativ aradan qaldırılmasına, yenilənmiş materialların daha sürətli şəkildə şagirdlərə çatdırılmasına imkan verər.
Deputatın fikirlərini Redaktor.az-a şərh edən təhsil eksperti Elçin Murad bildirdi ki, dərsliklərin rəqəmsallaşdırılması, ümumilikdə bütün dərs vəsaitlərinin elektron formata keçirilməsi ilk növbədə müsbət addımdır:
"Bunun əsas səbəbi odur ki, bu yanaşma gələcəkdə istənilən şagirdin lazım olan kitabı və ya dərsliyi daha asan və daha qısa zamanda əldə etməsinə imkan yaradır. Məsələn, şagird hansı kitabın hansı kitabxanada və ya kitab mağazasında olduğunu bilməyə bilər. Bu halda o, müxtəlif ünvanlara getməli, vaxt itirməli və bəzən axtardığı vəsaiti ümumiyyətlə tapa bilməməlidir. Halbuki həmin vaxtı dərs oxumağa, mütaliəyə və ya özünü inkişaf etdirməyə sərf edə bilər. Rəqəmsallaşdırma bu cür çətinlikləri aradan qaldıraraq şagirdlər üçün daha əlçatan və səmərəli imkanlar yaradır. Ümumilikdə bu prosesin təxminən 85-90 faizi müsbət qiymətləndirilə bilər və tətbiq olunduğu təqdirdə daha effektiv nəticələr verə bilər. Bununla yanaşı, müəyyən çatışan tərəflər də mövcuddur. Azərbaycanın bəzi bölgələrində, xüsusilə ucqar kəndlərdə internet şəbəkəsinin zəif olması səbəbindən rəqəmsallaşdırılmış dərs vəsaitlərindən tam istifadə etmək mümkün olmur. Buna görə də rəqəmsallaşdırma ilə paralel olaraq həmin bölgələrdə, xüsusilə orta məktəblərdə, lazımi texniki şəraitin yaradılması vacibdir".
O əlavə etdi ki, burada şagirdlərin şəxsi telefonlardan istifadəsi nəzərdə tutulmur.
"Çünki telefon şagirdin diqqətini yayındıra və dərs prosesinə mənfi təsir göstərə bilər. Bunun əvəzinə məktəblərdə internetlə təmin olunmuş kompüter otaqlarının imkanlarından istifadə daha məqsədəuyğundur. Şagirdlər boş vaxtlarında həmin otaqlarda rəqəmsallaşdırılmış dərs vəsaitləri ilə məşğul ola bilərlər. Eyni zamanda kompüterlərdə lazımsız proqramların bloklanması və yalnız tədris üçün zəruri resursların aktivləşdirilməsi mümkündür. Belə bir şərait yaradılarsa, şagirdlərin bu vəsaitlərdən düzgün və səmərəli istifadə etməsi təmin olunar. Xüsusilə məsuliyyətli şagirdlər üçün istənilən vaxt elektron formada dərs vəsaitlərinə çıxış imkanı bu prosesi daha da faydalı edər. Nəticə etibarilə, dərsliklərin və digər tədris vəsaitlərinin rəqəmsallaşdırılması təhsilin keyfiyyətinin və effektivliyinin artırılmasına mühüm töhfə verə bilər", - deyə Elçin Murad vurğuladı.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 23 Yanvar 2026 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















