Icma.az
close
up
RU
Dərsliklərdə elmi və texniki səhv yolverilməzdir Ekspert

Dərsliklərdə elmi və texniki səhv yolverilməzdir Ekspert

525.az saytına istinadən Icma.az xəbər verir.

“İstər ibtidai sinif, istərsə də V–XI sinif dərsliklərində elmi və ya texniki səhv yolverilməzdir.  Bu gün dərsliklərdə mövzuların yanlış izahı və ya qeyri-dəqiq məlumat verilməsi, faktların, terminlərin, tarixlərin və ya anlayışların səhv təqdim edilməsi kimi elmi və texniki səhvlərə yol verilir”. 

Bunu təhsil eksperti Elşən Qafarov 525.az -a söyləyib. O qeyd edib ki, dərsliklər təhsil prosesinin əsas alətlərindən biridir və onların elmi dəqiqliyi, metodoloji uyğunluğu olduqca vacibdir. Təəssüf ki, hazırda ibtidai siniflərdən başlayaraq yuxarı siniflərə qədər bir çox dərslikdə həm elmi, həm də texniki səhvlərə rast gəlinir. Bu, təkcə faktın yanlışlığı deyil - həm də şagirdin düşüncə tərzinə, öyrənmə motivasiyasına və gələcək biliklərinin düzgün formalaşmasına mənfi təsir göstərir:

“Tarix kitabında faktların yanlışlıqla qeyd olunması, məsələn, hadisələrin tarixləri və ya iştirak edən tərəflərin qarışdırılması, qrammatik və orfoqrafik səhvlər, xüsusilə ibtidai siniflərdə daha nəzərə çarpır.  Bəzən qrammatik tapşırıqda cümlənin strukturu dil qaydalarına zidd olur. Kimya dərsliyində reaksiyalar yanlış yazılır, şagirdin yaş səviyyəsinə uyğun olmayan mətn və ya tapşırıqlar yer alır. Dərsliklər nəşr olunmazdan əvvəl müstəqil pedaqoqlar, mövzu üzrə alimlər və hətta praktiki müəllimlər tərəfindən çoxpilləli şəkildə yoxlanılsın. Paralel olaraq rəqəmsal platformalarda ictimai rəy mexanizmləri qurulmalı və istifadəçilər – müəllimlər, valideynlər, tələbələr – dərslik səhvlərini bildirə bilməlidirlər. Unutmamalıyıq ki, bu səhvlər təsadüfi deyil – sistemli nəzarət mexanizminin zəifliyinin nəticəsidir. Təhsildə keyfiyyəti artırmaq istəyiriksə, ilk növbədə, şagirdin qarşısına qoyduğumuz mənbələrin keyfiyyətinə cavabdeh olmalıyıq”.

Sevinc QARAYEVA
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Avqust 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see290

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see262

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see260

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see255

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see253

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see250

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see245

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see237

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see236

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see234

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see228

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see228

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see222

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see216

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see216

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see213

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see212

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see211

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri